Bayramda xəstələnməmək üçün nə etməli? Terapevtdən vacib tövsiyələr
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Bayram günlərində soyuqdəymədən qorunmaq üçün qidalanmaya diqqət yetirmək və pandemiya dövründə tətbiq olunan bəzi qaydaları xatırlamaq lazımdır.
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə terapevt Suzanna Uayli danışıb.
Həkimin sözlərinə görə, immuniteti gücləndirmək üçün meyvə və tərəvəzlərlə zəngin, tam taxıllı məhsullar və zülal əsaslı qidaları əhatə edən balanslı rasiona riayət etmək vacibdir. O, eyni zamanda bol su və digər mayelərin qəbulunu tövsiyə edib, lakin spirtli içkilərin istehlakının azaldılmasının əhəmiyyətinə diqqət çəkib.
“Hazırda bayram məclislərinin vaxtıdır, lakin bir kokteyl və ya bir qədəh şampan yuxu rejimini poza bilər. Bu isə öz növbəsində immunitetin zəifləməsinə səbəb olur,” – deyə həkim bildirib.
Həkim viruslardan qorunmağın ən effektiv yolu kimi qrip və koronavirus əleyhinə peyvəndləri göstərib. Onun sözlərinə görə, peyvəndlər xəstəliyin ağır keçmə riskini əhəmiyyətli dərəcədə azaldır.
Terapevt COVID-19 pandemiyasından sonra unudulan mühüm bir vərdişi də xatırladıb - maska taxmaq. Düzgün istifadə edildikdə maskalar tənəffüs yolu infeksiyalarının yayılmasının qarşısını almağa kömək edir.
Həkimin sözlərinə görə, maska burun və ağzı boşluq qalmadan örtməli, maskaya toxunduqdan sonra isə əllər yuyulmalıdır. Bundan əlavə, ictimai nəqliyyatda tutacaqlara və digər ümumi səthlərə toxunduqdan sonra əllərin tez-tez yuyulması və ya spirt tərkibli dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi tövsiyə olunur.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 Dekabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















