Icma.az, Azertag portalına istinadən məlumat yayır. Samux, 22 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC Gəncə-Daşkəsən regionunda ət kəsim məntəqəl
Mütəmadi olaraq ixtisaslaşmış qurumlar tərəfindən dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görülür.
Heyvanların kəsimi baytarlıq-sanitariya qaydalarına tam riayət edilməklə həyata keçirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin rəisi Hüseyn Abdullazadənin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məluamat görə, kəsim üçün gətirilən heyvanlarda hər hansı bir xəstəliyin olub-olmamasının müəyyən edilməsi məqsədilə baytar mütəxəssis tərəfindən öncədən kilinik baxış keçirilir.
“Heyvanın bədən temperaturu və digər xəstəlik əlamətləri yoxlanılır.
Kəsimdən sonra da heyvanın cəmdəyinə və daxili orqanlarına bir daha baxış keçirilir, ətə sağlam olduğunu təsdiq edən ekspertiza aktı əsasında baytarlıq möhürü vurulur.
Bütöv cəmdəkdə möhürlərin sayı 6 olur. Yalnız bundan sonra ətin satışına və ya digər məqsədlə istifadəsinə icazə verilir.
Əgər hər hansı bir xəstəlik əlaməti aşkar olunarsa, heyvan kəsimə buraxılmır, təcrid olunur”, - deyə Hüseyn Abdullazadə bildirib.