Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Qazaxıstanda baytarlıq məsələlərinə əlavə və dəyişikliklər haqqında qanun layihəsi təsdiqlənib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sənəd Qazaxıstanda ayrıca Baytarlıq Palatasının yaradılmasını nəzərdə tutur. Palataya üzvlük könüllü olacaq və onun maliyyələşdirilməsi üzvlərdən gələn ianələr hesabına təmin ediləcək.
Palata baytarların hüquqlarını və peşəkar maraqlarını qoruyacaq, onların qeydlərini aparacaq və peşəkar inkişaflarını təşviq edəcək.
Bundan əlavə, respublikada baytarlıq dərmanlarının dövriyyəsinə nəzarət etmək üçün əczaçılıq yoxlaması yaradılacaq.
Həmçinin, heyvanların satışı və kəsimi, onların identifikasiya cihazlarının itirilməsi və ya zədələnməsi barədə hesabatların verilməsi üçün son tarixlərə riayət olunması tələbləri müəyyən ediləcək. Eyni zamanda, karantindən sonra heyvanların ayrı saxlanılması və nəzarət altında olan obyektlərin təyinat yerinə çatdıqdan sonra baytarlıq sənədlərinin bağlanması proseduru tətbiq ediləcək.
Süleyman