Baytarlıq Palatası yaradılacaq
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Qazaxıstanda baytarlıq məsələlərinə əlavə və dəyişikliklər haqqında qanun layihəsi təsdiqlənib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sənəd Qazaxıstanda ayrıca Baytarlıq Palatasının yaradılmasını nəzərdə tutur. Palataya üzvlük könüllü olacaq və onun maliyyələşdirilməsi üzvlərdən gələn ianələr hesabına təmin ediləcək.
Palata baytarların hüquqlarını və peşəkar maraqlarını qoruyacaq, onların qeydlərini aparacaq və peşəkar inkişaflarını təşviq edəcək.
Bundan əlavə, respublikada baytarlıq dərmanlarının dövriyyəsinə nəzarət etmək üçün əczaçılıq yoxlaması yaradılacaq.
Həmçinin, heyvanların satışı və kəsimi, onların identifikasiya cihazlarının itirilməsi və ya zədələnməsi barədə hesabatların verilməsi üçün son tarixlərə riayət olunması tələbləri müəyyən ediləcək. Eyni zamanda, karantindən sonra heyvanların ayrı saxlanılması və nəzarət altında olan obyektlərin təyinat yerinə çatdıqdan sonra baytarlıq sənədlərinin bağlanması proseduru tətbiq ediləcək.
Süleyman
Bu mövzuda digər xəbərlər:Xüsusi İcra Məmurlarının Palatası yaradılacaq
02 İyul 2025 18:59
Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq
05 Oktyabr 2026 11:04
Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI
10 Oktyabr 2026 20:01
Baytarlıq damğası məcburi olacaq
24 Sentyabr 2025 11:53
AQTA ilə İran arasında baytarlıq nəzarəti tədbirləri üzrə işçi qrupları yaradılacaq
30 Aprel 2025 10:46
Baxış sayı:93
Bu xəbər 04 Noyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















