Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Kitabdan yayınmağa cəhd etməyin!"Sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyev internetdə "Bazar günü oxuları" adlı layihə təşkil edib.
Bu barədə o, öz "Facebook" səhifəsində paylaşdığı yazıda məlumat verib.
Həmin yazını təqdim edirik:"Nəhəng italyan yazıçısı, filosof, semiotik Umberto Eko ilə məşhur fransız yazıçısı, tarixçi, ssenarist, Fransa kinematoqrafiyasının patriarxı Jan-Klod Karyer arasında baş tutmuş dialoq bestsellerə çevrilib.
"Kitabdan yayınmağa cəhd etməyin!" adlı kitabda onlar olduqca maraqlı və aktual mövzu ətrafında fikir mübadiləsi aparırlar:"Biz kompüter ekranından, mobil telefondan oxumağa vərdiş etmişik.
Ekrandan oxumaq kitabı əvəz edəcəkmi? Biz bu kiçik ekrandan istifadə etməklə itiririk, yoxsa qazanırıq?"Onların gəldiyi qənaət belədir: elek
Qutenberqin dahiyanə ixtirası – çap kitabı – əlyazmaları, kino isə rəssamlığı məhv edə bildimi?
Yaxud televiziya kinonu sıradan çıxara bildimi? Hər ikisi vurğulayır: Kitabdan qurtulmaq mümkün deyil!