Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

BAZAR GÜNÜ OXULARI! Sabiq millət vəkilinin yeni layihəsi

BAZAR GÜNÜ OXULARI! Sabiq millət vəkilinin yeni layihəsi

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Kitabdan yayınmağa cəhd etməyin!"

Sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyev internetdə "Bazar günü oxuları" adlı layihə təşkil edib. Bu barədə o, öz "Facebook" səhifəsində paylaşdığı yazıda məlumat verib. Həmin yazını təqdim edirik:

"Nəhəng italyan yazıçısı, filosof, semiotik Umberto Eko ilə məşhur fransız yazıçısı, tarixçi, ssenarist, Fransa kinematoqrafiyasının patriarxı Jan-Klod Karyer arasında baş tutmuş dialoq bestsellerə çevrilib. "Kitabdan yayınmağa cəhd etməyin!" adlı kitabda onlar olduqca maraqlı və aktual mövzu ətrafında fikir mübadiləsi aparırlar:

"Biz kompüter ekranından, mobil telefondan oxumağa vərdiş etmişik. Ekrandan oxumaq kitabı əvəz edəcəkmi? Biz bu kiçik ekrandan istifadə etməklə itiririk, yoxsa qazanırıq?"

Onların gəldiyi qənaət belədir: elektron kitablar (e-book) ənənəvi kitabı sıradan çıxara bilməyəcək. Qutenberqin dahiyanə ixtirası – çap kitabı – əlyazmaları, kino isə rəssamlığı məhv edə bildimi? Yaxud televiziya kinonu sıradan çıxara bildimi? Hər ikisi vurğulayır: Kitabdan qurtulmaq mümkün deyil!
Umberto Eko deyir: "1500 səhifəlik 'Don Kixot'u kompüter ekranından oxuya bilərsinizmi? Gözləriniz tennis topuna çevrilə bilər!"

Müəlliflər həmçinin bilik və mədəniyyətin ötürülməsində papirusun və mnemotexnikanın rolundan da danışırlar.

Jan-Klod Karyer: “Mənim atamın həyat yoldaşı nəhəng İran alimi olub. Onun əsərlərindən biri X əsrdə Bağdadda yaşamış Əl-Nadim haqqındadır. Bilirsiniz ki, kitab cildləmə İranda icad olunub. Bu cür cildlər səhifələri tam örtür və qoruyurdu. Əl-Nadim zəmanəsinin oxumuş adamlarından biri, kalliqrafiyanı gözəl bilən şəxs idi. O, cildləmə üçün verilən kitabları oxuyar və konspektləşdirərmiş. Bu gün həmin kitabların böyük əksəriyyəti itib. Bizə isə onun konspektləri və kataloqları qalıb. Bunlar o kitablar haqqında müfəssəl məlumat verir.”

Umberto Ekonun “dərslik müəllim rolunda” essesindən:

Hökumətin məktəb dərsliklərini internetdəki materiallarla əvəz etməsi təklifi birmənalı qarşılanmadı. Nəşriyyatlar və kitab satıcıları bunu minlərlə insanın çalışdığı sahəyə vurulan öldürücü zərbə kimi qiymətləndirdilər. Mən nəşriyyatları və kitab satanları başa düşürəm. Ancaq bu da faktdır ki, texnologiyanın inkişafı əsasında bir çox sahələrdə dəyişikliklər baş verib. Onda belə çıxır ki, vaxtilə karet istehsal edənlər, atabaxanlar və faytonçular buxar maşınına, toxucular isə tikiş maşınlarına qarşı çıxmalı idilər.

İkinci etiraz belədir: əgər bu baş verərsə, hər bir şagirdə kompüter vermək lazım olacaq. Çətin ki, hökumət bu qədər xərcin altına girsin. Valideynlərin üzərinə düşəcək xərclər isə dərsliyə nisbətən daha çox olacaq. Digər tərəfdən, hər sinfə yalnız bir kompüterin verilməsi fərdi axtarış imkanlarını məhdudlaşdıra bilər.

Əslində problem başqadır: İnternet dərsliyi əvəz etməməlidir. O, onu tamamlamalı və şagirdi daha çox oxumağa təşviq etməlidir. Kitab biliyin ötürülməsi və yayılmasının əsas vasitəsi kimi qalmalı, məktəb dərslikləri uşaqların kitabdan istifadə imkanlarını artırmalıdır. İnternet rəngarəng informasiyalar təqdim etsə də, bu informasiyaların seçimində süzgəc funksiyasını yerinə yetirmir. Təhsilin məqsədi təkcə informasiya ötürmək deyil, həm də seçim meyarlarını formalaşdırmaqdır. Bu vəzifəni isə yalnız müəllim və dərsliklər yerinə yetirə bilər.

Əgər biz uşağa mədəniyyətin yığılmış informasiya deyil, seçilmiş və mənalandırılmış bilik olduğunu başa salmasaq, təhsil deyil, yalnız psixoloji gərginlik əldə etmiş olarıq.

Dərslik həm də bu baxımdan əvəzolunmazdır ki, o, müəllimin diqqətindən yayınan (tənbəllikdən və ya vaxt çatışmazlığından irəli gələn) məsələləri üzə çıxarmağa imkan verir. Bundan əlavə, dərsliklər məktəb illərinin daha yaddaqalan və faydalı şəkildə xatırlanmasına xidmət edir.

Əlbəttə, rəngli illüstrasiyalı kitabları sadələşdirsək, onlar daha yüngül və ucuz ola bilər. Məsələn, tarix dərsliyində Yuli Sezar haqqında oxuyun, sonra kompüterdə "Google Images"də axtarış verin, Sezarın təsviri, o dövrdə Romanın rekonstruksiya olunmuş görünüşü və diaqramları ilə tanış olun. Əgər dərsliklərdə faydalı saytların ünvanları qeyd olunsa və əlavə materiallarla tanışlıq imkanı yaradılsa, bu, şagird üçün fərdi maarifçi səfərə çevrilə bilər.

Müəllim şagirdinə başa salmalıdır: Necə bilmək olar ki, bir sayt ciddi və etibarlıdır, səthi materiallarla bizi aldatmır? Kitab və internet – kitab və tüfəngdən daha üstündür (qeyd: "Kitab və tüfəng" – faşist dövründə könüllü tələbə hərbi dəstələrinin şüarı olmuşdur).

Sonda:: Məktəb dərsliyini ləğv etmək olmaz. İnternet, bəli, şagird çantalarına sığmayan ağır lüğətləri əvəz edə bilər. Ödənişsiz latın, yunan və digər lüğətləri internetdən qısa müddətdə əldə etmək mümkündür.

Əsas odur ki, kitab qalmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 İyun 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri