Bazarda ən sürətlə böyüyən sığorta şirkəti yığımları 84% artıb

26.10.2026

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

“Meqa Həyat Sığorta” ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb.

Marja.az-ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövründəki 12 milyon 340 min manatlıq nəticədən 10 milyon 420 min manat və ya 84,4% çoxdur.

Beləliklə, “Meqa Həyat Sığorta” müqayisə edilən aktiv sığortaçılar arasında sığorta haqlarının faizlə artımı üzrə birinci yerdə qərarlaşıb.

Hesabat dövründə şirkətin sığorta ödənişləri də 3 milyon 850 min manatdan 7 milyon 58 min manata yüksəlib. Artım 83,3% təşkil edib.

Ödənişlərin sığorta haqlarına nisbəti isə 31,2%-dən 31%-ə dəyişib. Şirkətin ümumi sığorta bazarındakı payı 1,1%-dən 1,8%-ə yüksəlib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью