Bazarda ən sürətlə böyüyən sığorta şirkəti yığımları 84% artıb
Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
“Meqa Həyat Sığorta” ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb.
Marja.az-ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövründəki 12 milyon 340 min manatlıq nəticədən 10 milyon 420 min manat və ya 84,4% çoxdur.
Beləliklə, “Meqa Həyat Sığorta” müqayisə edilən aktiv sığortaçılar arasında sığorta haqlarının faizlə artımı üzrə birinci yerdə qərarlaşıb.
Hesabat dövründə şirkətin sığorta ödənişləri də 3 milyon 850 min manatdan 7 milyon 58 min manata yüksəlib. Artım 83,3% təşkil edib.
Ödənişlərin sığorta haqlarına nisbəti isə 31,2%-dən 31%-ə dəyişib. Şirkətin ümumi sığorta bazarındakı payı 1,1%-dən 1,8%-ə yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 26 Oktyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















