Bazarda yeni böhran Monqol əti nə görə vəziyyət dəyişdi, qiymətlər... | Icma.az
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son dövrlərdə kənd təsərrüfatı sektorunda ziddiyyətli və narahatedici mənzərə formalaşıb.
Monqolustandan gətirilən quzu ətləri “TIR”larla ölkənin rayon və kəndlərinə daşınır, lakin yerli təsərrüfatçıların bəslədiyi quzu və qoyunlar üçün bazarda alıcı tapılmır.
Rayon və kəndlərdə əksər heyvan bazarlarının bağlanması, üstəlik idxal olunan ətin ucuz qiymətə gətirilməsinə baxmayaraq yerli ətlə eyni, bəzən daha baha qiymətə təklif edilməsi vəziyyəti mürəkkəbləşdirir.
Yerli mal niyə tövlədə qalır, monqol əti isə bazarda üstünlük təşkil edir? Qiymətlər niyə enmir?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Monqolustanda əhali sayı az, mal-qara isə çoxdur.
Onun sözlərinə görə, bu ölkədə qoyunçuluq sektoru yüksək səviyyədə inkişaf edib: Natiq Cəfərli “Əgər bu gün ət Monqolustandan gətirilirsə, deməli, iqtisadi baxımdan daha sərfəlidir.
Çünki Monqolustan ucuz ölkədir və orada ət qiymətləri aşağıdır.
Tam oxu
Xəbəri oxu