Icma.az
close
up
RU
Bazarda yeni böhran Monqol əti nə görə vəziyyət dəyişdi, qiymətlər...

Bazarda yeni böhran Monqol əti nə görə vəziyyət dəyişdi, qiymətlər...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlərdə kənd təsərrüfatı sektorunda ziddiyyətli və narahatedici mənzərə formalaşıb. Monqolustandan gətirilən quzu ətləri “TIR”larla ölkənin rayon və kəndlərinə daşınır, lakin yerli təsərrüfatçıların bəslədiyi quzu və qoyunlar üçün bazarda alıcı tapılmır. Rayon və kəndlərdə əksər heyvan bazarlarının bağlanması, üstəlik idxal olunan ətin ucuz qiymətə gətirilməsinə baxmayaraq yerli ətlə eyni, bəzən daha baha qiymətə təklif edilməsi vəziyyəti mürəkkəbləşdirir.

Yerli mal niyə tövlədə qalır, monqol əti isə bazarda üstünlük təşkil edir? Qiymətlər niyə enmir?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Monqolustanda əhali sayı az, mal-qara isə çoxdur.

Onun sözlərinə görə, bu ölkədə qoyunçuluq sektoru yüksək səviyyədə inkişaf edib:

Natiq Cəfərli

“Əgər bu gün ət Monqolustandan gətirilirsə, deməli, iqtisadi baxımdan daha sərfəlidir. Çünki Monqolustan ucuz ölkədir və orada ət qiymətləri aşağıdır. Sadəcə bu ət bizim ağız dadımıza tam uyğun olmadığı, eləcə də istehlakçılar ona hələ də şübhə ilə yanaşdığı üçün yerli qoyun-quzu əti daha populyardır. Məhz buna görə də yerli ətin qiyməti enmir. Digər səbəblərdən biri də yerli mal-qaranın sayının kəskin azalmasıdır. Son 5 ildə ölkədə qoyun və keçi sayı təxminən 2 milyona yaxın azalıb. Təklif azalanda qiymətin artması normaldır. Üstəlik, insanların yerli ətin daha dadlı və keyfiyyətli olması ilə bağlı formalaşmış düşüncəsi də qiymətlərin enməsinə imkan vermir”.

“Refresh Group” MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov qeyd edib ki, bir müddət öncə kəsim məntəqələrində aparılan monitorinqlər və heyvan bazarlarının bağlanması bazarda müəyyən məhdudiyyətlər yaradıb:

“Hazırda bazar əsasən xaricdən, xüsusilə də Monqolustandan gətirilən dondurulmuş ət məhsulları ilə təmin olunur. Ətlər ölkəyə daxil olarkən qida təhlükəsizliyi baxımından laborator müayinələrdən keçirilir və yalnız sağlamlıq aktı aldıqdan sonra satışa buraxılır. Yol xərcləri, gömrük rüsumları və digər xərclər məhsulun son qiymətinə təsir göstərir”.

Seymur Qafarov

Ekspert istehlakçılara da tövsiyələr verib:

“İstehlakçılar aldıqları ət məhsullarının mənşə sənədlərini, baytarlıq şəhadətnaməsini və idxal sağlamlıq sənədini tələb etməlidirlər. Donmuş ət məhsulları -18 dərəcə temperaturda saxlanılan donduruculardan alınmalıdır. Əgər həmin gün istifadə olunmayacaqsa, dərhal dondurucuya yerləşdirilməlidir. Məhsulların yaşayış yerlərinə yaxın nöqtələrdən alınması da daşınma zamanı keyfiyyətin itirilməsinin qarşısını alar. Ümumiyyətlə, ət məhsullarının qiyməti onun keyfiyyəti və təhlükəsizliyi ilə birbaşa əlaqəli deyil, bu, daha çox qida əlçatanlığı məsələsidir. Bölgələrə daşınan ət məhsullarında yol xərcləri də qiymət artımına səbəb olur”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri