Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son vaxtlar daşınmaz əmlakla bağlı aktual olan mövzulardan biri də alqı-satqısı prosesindən sonra yaranan problemlərdir.
Belə ki, son vaxtlar sənədi olmayan, məsələn, etibarnamə əsasında satılan bir evin sahibi sonradan növbəti “fırıldağa” əl atır.
Yəni ev sahibləri olan ər-arvad saxta boşanmaq qərarı verirlər və onlar məhkəmə qərarı ilə boşandıqları zaman satdıqları ev aralarında bölünür.
Evi almış şəxsin rəsmi sənədi olmadığına görə artıq həmin evi və verdiyi puluitirmiş olur.
Qeyd edək ki, Ali Məhkəmə Plenumunun 2024-cü il martın 12-də keçirilən iclasında boşanma ilə bağlı indiyədək problemlər yaradan məsələlər müzakirə edilib və dəqiqləşdirmələr aparılıb.
Sonda bu müzakirələr «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Plenum qərarı qəbul edilib.
Qərarda boşanmalarda tez-tez rast gəlinən bir sıra vacib məqamlar əksini tapıb ki, onlardan biri də qeydiyyatsız və özbaşına tikililər barədədir.