Icma.az
close
up
RU
Bazarda yeni fırıldaq dönür: Evi satıb sonra boşanırlar və...

Bazarda yeni fırıldaq dönür: Evi satıb sonra boşanırlar və...

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son vaxtlar daşınmaz əmlakla bağlı aktual olan mövzulardan biri də alqı-satqısı prosesindən sonra yaranan problemlərdir. 

Belə ki, son vaxtlar sənədi olmayan, məsələn, etibarnamə əsasında satılan bir evin sahibi sonradan növbəti “fırıldağa” əl atır. Yəni ev sahibləri olan ər-arvad saxta boşanmaq qərarı verirlər və onlar məhkəmə qərarı ilə boşandıqları zaman satdıqları ev aralarında bölünür. Evi almış şəxsin rəsmi sənədi olmadığına görə artıq həmin evi və verdiyi puluitirmiş olur. Qeyd edək ki, Ali  Məhkəmə Plenumunun 2024-cü il martın 12-də keçirilən iclasında boşanma ilə bağlı indiyədək problemlər yaradan məsələlər müzakirə edilib və dəqiqləşdirmələr aparılıb.

Sonda bu müzakirələr «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Plenum qərarı qəbul edilib.

Qərarda boşanmalarda tez-tez rast gəlinən bir sıra vacib məqamlar əksini tapıb ki, onlardan biri də qeydiyyatsız və özbaşına tikililər barədədir. Yeni qərara əsasən bu əmlakların qeydiyyatda olmamasına, hətta qanunsuz olmasına baxmayaraq bundan sonra boşanma zamanı özbaşına tikililər də bölünəcək.

Məsələn, tərəflər (yəni ər və arvad) nikah dövründə özbaşına tikili inşa ediblər, yeni qaydaya əsasən boşanma zamanı ilk növbədə nəzərə alınacaq ki, onların hər ikisi burada yaşaya bilərmi? 

Əgər mümkündürsə, hər ikisi bu mənzildə yaşaya bilərlər. Amma keçmiş ər və arvadın bu evdə birgə yaşaması obyektiv səbəblərdən mümkün deyilsə, həmin evin tərəflər arasında bölünməsi baş verəcək. Daha dəqiqi, burada yaşaması mümkün olmayan şəxs tikiliyə birgə nikah dövründə çəkilmiş vəsaitin ona düşən payına uyğun olaraq yarısını tikilinin qaldığı şəxsdən geri istəyə bilər.

Yəni, məsələn, ər bu tikilini tərk edirsə, həmin tikilinin inşasına sərf edilmiş vəsaitin yarısını arvaddan tələb edə bilər və ya əksinə. 
Bu qayda hətta həmin əmlak daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmadıqda belə tətbiq ediləcək. Üstəlik, həmin qərar,  yəni özbaşına tikilinin ər və arvad arasında bölünməsi barədə qərar bu tikilinin qanuni sayılması demək deyil: 

"Bu məhkəmə qərarı heç bir halda həmin əmlaka hüququ tanıyan bir qərar və ya əmlakın qediyyata alınmasına əsas verən bir qərar sayılmayacaq. Sadəcə olaraq bu, ər-arvad arasında əmlak bölgüsü və bütün mübahisəli məsələləri həll edən məsələ olacaq. 

Çünki bu gün ölkədə 100 minlərlə özbaşına tikili var, bunların inşası üçün xərclər çəkilir, bunlarda insanlar yaşayır və boşanır. Yəni məhkəmənin bu qədər geniş yayılmış bir fakta qiymət verməməsi reallığa və həyat təcrübəsinə uyğun olmaz və ədalətli olmaz",-deyə Ali Məhkəmədən bildirilib.

Qeyd edək ki, Ali  Məhkəmə Plenumunun qəbul etdiyi «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Plenum qərarı ölkədə vahid məhkəmə təcrübəsinin tətbiqi məqsədi daşıyır. Yəni boşanma və əmlakın bölünməsi ilə bağlı məhkəmə işlərində vahid yanaşma olaraq bu qərardakı yanaşma nəzərə alınacaq.

Göründüyü kimi,  qərara əsasən əmlakların qeydiyyatda olmamasına, hətta qanunsuz olmasına baxmayaraq, boşanma zamanı özbaşına tikililər də bölünəcək. Bəs belə proseslər zamanı evi almış vətəndaş nə etməlidir?

Məsələ ilə bağlı hüquqşünas  Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, bu məsələlər kifayət qədər yayılıb:

“Biz vətəndaşları sənədsiz evlərin alqı-satqısının həyata keçirilməsində iştirak etnməkdən çəkinməyə çağırırıq. 

Çünki yalnız bu problem deyil, sənədsiz evlərin alqı-satqısı və mülkiyyətinin dəyişməsi zamanı digər problemlərlərlə üzləşmək mümkündür. Ona görə də çalışsınlar ki, bu proseslərdən uzaq olsunlar.  Yaxud da əgər maddi imkanlar baxımından sənədli ev ala bilmirlərsə, o zaman mütləq şəkildə hüquqşünasla məsləhətləşməlidirlər. 

Qarşıda yaranan digər  problemlərin, məsələn, boşanma zamanı ev bölgüsünün, payın müəyyən edilməsinin, digər şəxsin oraya köçürülməsinin qarşısını almaq üçün  orada hüquqları ola bilən, o evlə bağlı iddia qaldıra bilən şəxslərdən  ərizə alınmasını təmin etsinlər. Hüquqşünas faktiki hallara görə məsləhət verməlidir ki, gələcəkdə yaranacaq müəyyən problemlərin hamısının da olmasa, müəyyən qisminin qarşısı alınması mümkün olsun. 

Əgər vətəndaş artıq bu problemlə üzləşibsə, etibarnamə ilə alqı-satqı düzgün deyil. Etibarnamə sadəcə olaraq həmin şəxsin hüquqlarını sənə ötürür, mülkiyyət hüquqlarını ötürmür. Evi satan şəxs sonradan boşanma qərarı verirsə, nikahı ləğv olunur və həyat yoldaşı həmin evlə bağlı iddia qaldırır. Məhkəmə də haqlı olaraq həmin evdə, çəkilmiş xərcdə  onun payını müəyyən edə bilər. 

Həmin şəxsin oraya köçürülməsi ilə bağlı qərar qəbul edə bilər və bu, qanuni hesab olunacaq. Belə olan zaman aldadılmış şəxs alqı-satqını sübut edə bilirsə, ödədiyi məbləğlə bağlı əlində hər hansı sənədləşmə, razılaşma varsa, məhkəməyə müraciət edib ödədiyi məbləği, çəkdiyi xərcləri tələb etməlidir. 

Bu iddianı qaldırmaq üçün onun əlində əsaslar olmalıdır. Sübut edə bilməlidir ki, evi bu qiymətə alıb və aldıqdan sonra da bu qədər xərc çəkib. Məhz bu kimi məsələlərlə bağlı vətəndaşlar öncədən mütləq vəkilə, hüquqşünasa müraciət etsinlər, məsləhətlər alsınlar”. 

Hüquqşünasın sözlərinə görə, əks təqdirdə həm ev əlindən çıxacaq, həm də ödədiyi məbləği geri almaqda çətinlik çəkəcək: 

“Çünki notarial qaydada alqı-satqı həyata keçirilməyib. Həmin şəxsə yalnız bir etibarnamə verilib. Məsələn, bir vətəndaş 20-30 min manata bir ev alıbsa, onun nə qədər məbləğ ödədiyini sübut etmək imkanları yoxdur. 

Adətən o şəxslərdə heç bir sənəd, razılaşma olmur. Məhkəməyə müraciət etdikdə isə ondan tələb edilir ki, səni başa düşdük, sənin adına etibarnamə verilib, guya bu faktiki alqı-satqıdır. Bəs sən nə qədər vəsait ödəmisən, onu sübut elə. Çünki bir çox hallarda qarşı tərəf gəlib  “Mən ondan o qədər pul almamışam” və yaxud “Amumiyyətlə, pul almamışam” kimi bəhanələr irəli sürür. 

Bu zaman iddiaçı sübut etməlidir ki, nə qədər pul ödəyib, nə qədər xərc çəkib. Buna görə də onun əlində müvafiq sənədləşdirmə düzgün olmalıdır ki, məhkəmə onun xeyrinə qərar qəbul edə bilsin. O sənədlər düzgün olmadıqda, məhkəmə də o şəxsə kömək edə bilmir.

Nəticədə evə ödədiyi pul da, çəkdiyi xərc də əlindən çıxır. Evi etibarnamə ilə satan şəxsin həyat yoldaşı varsa, onun da adından ərizə alınmalıdır ki,  mən yoldaşım tərəfindən filan sənədsiz evin filan qiymətə satılmasına etiraz etmirəm. Yəni bu, tam rəsmi sənəd olmasa belə, gələcəkdə müəyyən problemlərdən sığortalaya bilir. 

Əgər satan şəxs iddia qaldırsa, alan tərəfin də əlində sənəd olur ki, heç olmasa ödədiyi pulu geri ala bilsin. Əvvəllər notariusda həmin ərizənin müvafiq şəxs tərəfindən verildiyini təsdiq edirdilər. Ancaq son zamanlar notariuslar bu imza təsdiqindən yayınırlar. Evi satan şəxs ən azından öz əl yazması ilə yazsa, bu rəsmi sənəd olmasa da, gələcəkdə məhkəmənin qəbul edəcəyi bir sübutdur”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: fırıldaq ev satmaq boşanmaq  Ruslan Mustafayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:332
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri