Bazarlarda məhsullar ucuzlaşdı (VİDEO)

22.04.2026

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın"8-ci kilometr" bazarında mövsümi tərəvəzlərin qiyməti aşağı düşüb. Lobyanın kiloqramı 8  manat, badımcam 1-2.50, təzə kartof 1.50-1.80 , çiyələk 3 manatdan təklif olunur.

Satıcılar deyir ki, iki həftə əvvəllə müqayisədə bazarda qiymət  ucuzlaşsa da alıcı qıtlığı var.

Bazarda bolluq olsa da alıcı qıtlığı kameramızın obyektivindən də yayınmadı. Meyvələrin qiymətində isə ciddi dəyişiklik yoxdur. Satıcılar deyirlər ki, hazırda yalnız İrandan idxal edilən meyvələrin qiymətində artım müşahidə olunur. Məsələn, kivinin kiloqramı 4-5, portağal isə 3-4 manatadır.

Kənd yumurtasının 1 ədədi 25 qəpik, pomidor 3, xiyar 1.50 -2.50 dək yüksəlir. Kələm 1.50 qəpk, təzə üzüm yarpağı 4 manat,  rəngi bibərlərin qiyməti 3 manatdan təklif olunur.

Satıcılar deyirlər ki, əvvəlki aylara nisbətən qiymətlər tədricən enir. Yaxın günlərdə bir çox məhsulun qiymətində də ucuzlaşma daha çox olacaq.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью