Bazarlarda məhsullar ucuzlaşdı (VİDEO)
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın"8-ci kilometr" bazarında mövsümi tərəvəzlərin qiyməti aşağı düşüb. Lobyanın kiloqramı 8 manat, badımcam 1-2.50, təzə kartof 1.50-1.80 , çiyələk 3 manatdan təklif olunur.
Satıcılar deyir ki, iki həftə əvvəllə müqayisədə bazarda qiymət ucuzlaşsa da alıcı qıtlığı var.
Bazarda bolluq olsa da alıcı qıtlığı kameramızın obyektivindən də yayınmadı. Meyvələrin qiymətində isə ciddi dəyişiklik yoxdur. Satıcılar deyirlər ki, hazırda yalnız İrandan idxal edilən meyvələrin qiymətində artım müşahidə olunur. Məsələn, kivinin kiloqramı 4-5, portağal isə 3-4 manatadır.
Kənd yumurtasının 1 ədədi 25 qəpik, pomidor 3, xiyar 1.50 -2.50 dək yüksəlir. Kələm 1.50 qəpk, təzə üzüm yarpağı 4 manat, rəngi bibərlərin qiyməti 3 manatdan təklif olunur.
Satıcılar deyirlər ki, əvvəlki aylara nisbətən qiymətlər tədricən enir. Yaxın günlərdə bir çox məhsulun qiymətində də ucuzlaşma daha çox olacaq.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 22 Aprel 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















