Bazel baş məşqçi ilə vidalaşdı

11.09.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Bazel" baş məşqçisi Stefan Lixtştayner ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə İsveçrə klubunun mətbuat xidməti məlumat yayıb.

Lixtştayner bu ilin yanvarında komandanın "sükanı arxasın"a keçmişdi. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə idi. "Bazel" 42 yaşlı məşqçinin rəhbərliyi altında 27 oyuna çıxıb ki, onlardan 10-da qələbə qazanıb, 3-nü heç-heçə başa vurub və 14 matçda məğlubiyyət acısı yaşayıb. 

Qeyd edək ki, Lixtştayner futbolçu kimi  "Qrasshopper", "Lill", "Latsio", "Yuventus", "Arsenal" və "Auqsburq"un formasını geyinib. İsveçrəli müdafiəçi "Yuventus"la yeddi dəfə İtaliya çempionu olmaqla yanaşı, dörd dəfə İtaliya Kuboku və üç dəfə İtaliya Superkubokunu qazanıb. O, həmçinin İsveçrə milli komandasının heyətində 108 oyun keçirib və 8 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью