Bazel baş məşqçi ilə vidalaşdı
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Bazel" baş məşqçisi Stefan Lixtştayner ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə İsveçrə klubunun mətbuat xidməti məlumat yayıb.
Lixtştayner bu ilin yanvarında komandanın "sükanı arxasın"a keçmişdi. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə idi. "Bazel" 42 yaşlı məşqçinin rəhbərliyi altında 27 oyuna çıxıb ki, onlardan 10-da qələbə qazanıb, 3-nü heç-heçə başa vurub və 14 matçda məğlubiyyət acısı yaşayıb.
Qeyd edək ki, Lixtştayner futbolçu kimi "Qrasshopper", "Lill", "Latsio", "Yuventus", "Arsenal" və "Auqsburq"un formasını geyinib. İsveçrəli müdafiəçi "Yuventus"la yeddi dəfə İtaliya çempionu olmaqla yanaşı, dörd dəfə İtaliya Kuboku və üç dəfə İtaliya Superkubokunu qazanıb. O, həmçinin İsveçrə milli komandasının heyətində 108 oyun keçirib və 8 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 Sentyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















