BDU da astronomik müşahidə günü

12.05.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə astronomik müşahidə günü keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov teleskopla səmanın müşahidəsi və teleskopun qurulması ilə bağlı məlumat verib.

Sonra tələbələr teleskop vasitəsilə Yerin peykini müşahidə ediblər.

Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin Astronomiya dərnəyinin rəhbəri və Həvəskar Astronomlar Cəmiyyətinin sədri Faiq Nağıyev dərnəyin fəaliyyət istiqamətləri haqqında tələbələri məlumatlandırıb. O, tələbələri Astronomiya dərnəyinə üzv olmağa dəvət edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью