BDU da astronomik müşahidə günü
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 12 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə astronomik müşahidə günü keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov teleskopla səmanın müşahidəsi və teleskopun qurulması ilə bağlı məlumat verib.
Sonra tələbələr teleskop vasitəsilə Yerin peykini müşahidə ediblər.
Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin Astronomiya dərnəyinin rəhbəri və Həvəskar Astronomlar Cəmiyyətinin sədri Faiq Nağıyev dərnəyin fəaliyyət istiqamətləri haqqında tələbələri məlumatlandırıb. O, tələbələri Astronomiya dərnəyinə üzv olmağa dəvət edib.

BDU da möhtəşəm Məzun Günü
26 İyun 2025 21:28
Fevralın 28 də nadir astronomik hadisə müşahidə olunacaq
12 Fevral 2025 07:01
BDU da Cəbrayıl Şəhəri Günü qeyd olunub
03 Oktyabr 2025 13:13
BDU da Müstəqilliyin Bərpası Günü qeyd edilib
16 Oktyabr 2025 20:08
“Gənc istedadlar” BDU da
05 Aprel 2025 21:45

