BDU da Everesti fəth edən alpinist Vəfa Musayeva ilə görüş olub | Icma.az
Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 29 mat, AZƏRTAC Bakı Dövlət Universitetində (BDU) Everest zirvəsini (dəniz səviyyəsindən
Tədbir “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə reallaşıb. Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Vəfa Musayevanın dünyanın ən hündür zirvəsini fəth hekayəsi tələbələr üçün maraqlı və bir o qədər təsirlidir.
Hədəfə çatmaq uğrunda belə bir əzm nümayiş etdirmək təqdirəlayiq və qürurverici hissdir: “Kosmosdan dünyamıza daxil olan bir meteoritə toxunmaq, bilinməzlikdən gələn bir cismi araşdırmaq necə həyəcanverici və maraqlıdırsa, ən hündürə qalxaraq ilklərdən olmaq da o qədər əvəzsiz duyğudur.
Sizin əzminiz orada olduğunuz müddətdə də Azərbaycanda hiss olunurdu.
Bu gün tələbələrlə səmimi görüşdə danışdıqlarınız onların həyatına da təsirsiz ötüşməyəcək”.
Daha sonra Vəfa Musayeva Everest zirvəsinin fəthi yolunda keçdiyi mərhələlərdən söz açıb, tələbələrə ilklərdən birinə çevrilməyin tarixçəsini danışıb: “Everesti fəth etmək əslində 2016-cı ildən planımda idi.
Amma bu günə qədərki dövr planı reallışdırmaq üçün bir növ hazırlıq mərhələsi idi. Son iki ildə artıq Everest özü mənə yaxınlaşmağa başladı.
Tam oxu
Xəbəri oxu