Icma.az
close
up
RU
BDU da Everesti fəth edən alpinist Vəfa Musayeva ilə görüş olub

BDU da Everesti fəth edən alpinist Vəfa Musayeva ilə görüş olub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 mat, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Everest zirvəsini (dəniz səviyyəsindən 8848 metr yüksəklikdə) fəth edən azərbaycanlı alpinist, təlimçi və pedaqoq Vəfa Musayeva ilə tələbələrin görüşü keçirilib. Tədbir “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə reallaşıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Görüşdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Vəfa Musayevanın dünyanın ən hündür zirvəsini fəth hekayəsi tələbələr üçün maraqlı və bir o qədər təsirlidir. Hədəfə çatmaq uğrunda belə bir əzm nümayiş etdirmək təqdirəlayiq və qürurverici hissdir: “Kosmosdan dünyamıza daxil olan bir meteoritə toxunmaq, bilinməzlikdən gələn bir cismi araşdırmaq necə həyəcanverici və maraqlıdırsa, ən hündürə qalxaraq ilklərdən olmaq da o qədər əvəzsiz duyğudur. Sizin əzminiz orada olduğunuz müddətdə də Azərbaycanda hiss olunurdu. Bu gün tələbələrlə səmimi görüşdə danışdıqlarınız onların həyatına da təsirsiz ötüşməyəcək”.

Daha sonra Vəfa Musayeva Everest zirvəsinin fəthi yolunda keçdiyi mərhələlərdən söz açıb, tələbələrə ilklərdən birinə çevrilməyin tarixçəsini danışıb: “Everesti fəth etmək əslində 2016-cı ildən planımda idi. Amma bu günə qədərki dövr planı reallışdırmaq üçün bir növ hazırlıq mərhələsi idi. Son iki ildə artıq Everest özü mənə yaxınlaşmağa başladı. Hədəfim, niyyətim və fikirlərim oldu. Ora qalxana qədər mən müxtəlif idmanlar, məşqlər edir, Azərbaycandakı bir çox dağlara dəfələrlə qalxıb-enirdim və bunların hamısında bir hədəf var idi – Everest. Yanvar ayından etibarən isə azərbaycanlı alpinistlər ilə həm təcrübə, həm də bu yolda mənimlə birgə gedə bilmələri üçün danışmağa başladım. Əsas məsələ özümə inanmağım idi. Zirvəyə gedən yolda ən böyük dəstək özümə verdiyim ürək-dirək idi. “Vəfa, sən bunu bacaracaqsan. Vəfa sən buna qadirsən”, – deyərək qətiyyətlə hədəfimə doğru getdim. Hətta yolun bir hissəsində bələdçim məni ruhdan salmağa çalışsa da, mən fiziki mənada tək olduğum bu yolda inancımla tək olmadığımı hiss etdim. Ora gedəndə əsas məqsədlərimdən biri də bu idi: “Bayrağımı necə olur-olsun, o zirvədə dalğalandırmalıyam”. Zirvədə bayrağımızı açanda, onu buludların üstündə, ən yüksəkdə görəndə ilk dəfə görmüş kimi ağladım. Məqsədimə nail olmuşdum”.

Görüşün sonunda tanınmış alpinist tələbələrin suallarını cavablandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri