Icma.az, Azertag portalına istinadən məlumat yayır. Bakı, 31 yanvar, AZƏRTAC Ali təhsilimizin flaqmanı olan Bakı Dövlət Universitetinin (BDU
Belə tələbələrimizdən biri də Vüqar Quliyevdir. AZƏRTAC xəbər verir ki, iki dəfə Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasınd
Vüqarın məqsədi riyaziyyat elmində yeniliklərlə yanaşı, fərq yaratmaqdır.
Artıq onun öz yetirmələri də var...- Vüqar, özünü təqdim edərdin.- Tovuz rayonunun Çeşməli kənd tam orta məktəbində təhsil almışam.
Sonradan Bakıdakı Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində təhsilimi davam etdirdim.
2021-ci ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin “Riyaziyyat” ixtisasına müsabiqədənkənar qəbul olundum.
Müsabiqədənkənar qəbul olunmağıma səbəb isə respublika fənn olimpiadalarındakı uğurlarım idi.
Riyaziyyat fənni üzrə IX sinifdə bürünc (III yer), X sinifdə qızıl (I yer), XI sinifdə isə gümüş medala (II yer) layiq görülmüşdüm.