Icma.az
close
up
RU
BDU nun olimpiada qalibi olan tələbəsi: Riyaziyyat həyata baxış bucağımı dəyişib

BDU nun olimpiada qalibi olan tələbəsi: Riyaziyyat həyata baxış bucağımı dəyişib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 31 yanvar, AZƏRTAC

Ali təhsilimizin flaqmanı olan Bakı Dövlət Universitetinin (BDU) uğurunun sirri həm də onun yüksək biliyə malik tələbə-gənclərindədir. Belə tələbələrimizdən biri də Vüqar Quliyevdir.

AZƏRTAC xəbər verir ki, iki dəfə Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib olan müsahibimizin həyat tərzinə çevrilən riyaziyyat onun üçün həm də uğurun açarıdır. Vüqarın məqsədi riyaziyyat elmində yeniliklərlə yanaşı, fərq yaratmaqdır. Artıq onun öz yetirmələri də var...

- Vüqar, özünü təqdim edərdin.

- Tovuz rayonunun Çeşməli kənd tam orta məktəbində təhsil almışam. Sonradan Bakıdakı Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində təhsilimi davam etdirdim. 2021-ci ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin “Riyaziyyat” ixtisasına müsabiqədənkənar qəbul olundum. Müsabiqədənkənar qəbul olunmağıma səbəb isə respublika fənn olimpiadalarındakı uğurlarım idi. Riyaziyyat fənni üzrə IX sinifdə bürünc (III yer), X sinifdə qızıl (I yer), XI sinifdə isə gümüş medala (II yer) layiq görülmüşdüm. Buna görə də özümə daha yaxın bildiyim “Riyaziyyat” ixtisasını seçdim. Hazırda isə BDU-nun Mexanika-riyaziyyat fakültəsində “Riyazi analiz” ixtisaslaşması üzrə magistratura təhsili alıram.

- Riyaziyyata həvəsin necə yaranıb? Nə üçün bu ixtisas?

- Riyaziyyata kiçik yaşlarımdan həvəsim olub. Atam riyaziyyatı yaxşı bilirdi, həvəsimi görüb mənimlə daha çox məşğul olmağa başladı. Sonradan məktəbdə müəllimlərimin göstərdiyi diqqət, universitet dövrü bu ixtisasa daha da bağlanmağıma səbəb oldu. Gələcəkdə riyaziyyat üzrə xaricdə təhsil və araşdırma imkanlarından yararlanmağı düşünürəm. Əsas məsələ öyrənmək üçün yaxşı fürsətlərin olmasındadır.

- Nə üçün müsabiqədənkənar qəbulda məhz BDU-nu seçdin?

- Bakı Dövlət Universitetinin köklü riyaziyyat məktəbi, yaxşı müəllimləri var. Bu baxımdan BDU mənim üçün ideal idi və mən yanılmamışam.

- Riyaziyyatı sənə daha çox sevdirən və ya diqqətini nisbətən çox çəkən hansısa nəzəriyyə, teorem və ya araşdırma varmı?

- Riyaziyyatda ədədlər nəzəriyyəsi mənə çox maraqlı gəlir. Burada hələ də bir çox açıq məsələlər var. Məsələn, məşhur Riemann hipotezi, yaxud da sadə ədədlər haqqında fərziyyə ilə bağlı həll olunmamış məqamlar var. Bu tip məsələlər hər kəsin marağını cəlb etsə də, çox çətindirlər. Amma riyaziyyatçılar üçün ən maraqlısı da bu tip çətin həlli olan məsələlər üzərində çalışmaqdır. İxtisaslaşmam olan riyazi analiz də mənə çox maraqlı gəlir. Fikrimcə, riyaziyyatı maraqlı edən cəhətlərdən biri də çətin olması ilə bərabər, hər yerdə bənzər ideyaların olmasıdır. Bir-birinə bənzər ideyalar fərqli yerlərə tətbiq edilir, bu da onun heç bir sahəsini sıxıcı etmir.

- Riyaziyyat, doğrudan, belə çətin elmdir, yoxsa öyrənməyin daha asan metodları var?

- Əslində, riyaziyyat çətindir, amma əsas olan çətini tapmaq üçün özünüzdə həvəs yaratmaqdır. Asanı əldə etmək marağı o qədər də cəlb etmir. Öyrənməyin asan yolu isə sahəni kiçik yaşlardan sevməkdən başlayır. Riyaziyyata olan marağım məktəb dövründən olimpiada hərəkatına qoşulmağıma səbəb oldu. Respublika fənn olimpiadalarından sonra Elm və Təhsil Nazirliyinin beynəlxalq olimpiadalar komandasına qoşuldum. Oradakı dərslərə də qatılırdım. Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO), Balkan Riyaziyyat Olimpiadasında (BMO) və Qazaxıstanda keçirilən Beynəlxalq Jautıkov Olimpiadasında iştirak etmişəm. Sonradan BDU-nun təşkil etdiyi riyaziyyat üzrə tələbələr arasında Respublika Olimpiadasında qalib olmağımız Bolqarıstanda keçirilən olimpiada üçün bir qapı oldu.

- Bolqarıstanda iki il eyni müsabiqədə birincilik qazanmaq necə bir hissdir?

- 3 nəfərlik komanda şəklində getdiyimiz və dünyanın 50-dən çox universitetinin iştirak etdiyi Beynəlxalq Riyaziyyat Olimpiadasında iki dəfə BDU-nu təmsil etmişik. Hər iki olimpiadada iki gün ərzində 10 saat ərzində 10 sual – isbatı tələb edilən suallar təqdim edilirdi. Təbii ki, sualların çətinliyi və ondan irəli gələn narahatlıq hissinin sonunda qalib olmaq böyük sevincdir. Asandan çətinə doğru sıralanan suallar içərisində sonuncu ən çətini olur və onu isbat etmək bəzən insana imkansıza nail olmaq kimi gəlir. Fikrimcə, elə riyaziyyatı sevməyimin səbəbi də budur. Çətin mübarizənin sonundakı böyük qələbə və onun gətirdiyi rahatlıq hissi. Bu sevinci başqa heç nə əvəz eləmir.

- Tələbə olmağına baxmayaraq, artıq sənin də öz yetirmələrin var..

- BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyində olimpiadalara hazırlaşan uşaqlara dəstək oluram. Hətta ötən il məşğul olduğum iki VII sinif şagirdi respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə qızıl medala (I yerə) layiq görüldü. Uşaqlarda bu sahəyə maraq var. Gənc yaşlardan prosesin içində olmaq artıq gələcəkdə onların bir neçə addım qabaqda olması deməkdir.

- Sənin üçün örnək olan riyaziyyatçı varmı?

- Bəzən kiməsə bənzəməyə və ya onun yolu ilə getməyə çalışmaq böyük düşüncələrimizin qarşısını alır. Bu sahədə kiminsə işlərindən nümunə götürməkdən çox, sadəcə riyaziyyatı öyrənmək istəyirəm. Çünki riyaziyyatda uğur ölçülməsi çətin olan bir şeydir. Uşaqlıqdan işlərini bəyənərək oxuduğum macar riyaziyyatçı Paul Erdös XX əsrin ən məhsuldar alimidir. Dövründə həddindən çox elmi məqalələri çap olunduğu üçün indi hətta “Erdös ədədi” ifadəsi yaranıb. Nə vaxtsa bu cür məqalələr çap etdirməyə başlasam, “Erdös ədədi” mənim üçün bir stimul olacaq.

- Gələcək riyaziyyatçılara və ya bu sahəni seçmək istəyənlərə nə demək istəyərdin?

- Riyaziyyatı öyrənmək həyata baxış bucağımı dəyişib. Bu elmə aludə olduqdan sonra insan fərqli düşünməyə başlayır. Məsələn, detalları qaçırmaq şansı daha az olur və hər şeyi isbatlamağa çalışır. Ən əsası isə riyaziyyat bütün elm sahələrinin problemlərini həll edir, digər elmlərdən daha sürətlə inkişaf edir. Bunun üçün düşünürəm ki, “Bütün elmlərin şahı” adlandırılan riyaziyyatı öyrənmək elə həyat qədər maraqlıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:348
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri