Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 22 yanvar, AZƏRTAC Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli beşcildlik “Diplomatik-siyasi ensiklopediya” nəşr etdirib.
BDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, belə bir ensiklopediya Azərbaycanda ilk dəfə nəşr edilib və professor Ağalar Abbasbəyli onu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edib.
Ensiklopediyanın redaksiya heyətinə AMEA-nın müxbir üzvü, professor, BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikova, siyasi elmlər doktoru, Əməkdar jurnalist Xalid Niyazov, siyasi elmlər üzrə fəlsəfə doktoru, BDU-nun Beynəlxalq əlaqələr kafedrasının dosenti Qurban Məmmədov daxildir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.