BDU nun professoru Azərbaycanda ilk dəfə diplomatik siyasi ensiklopediya nəşr etdirib AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 22 yanvar, AZƏRTAC
Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli beşcildlik “Diplomatik-siyasi ensiklopediya” nəşr etdirib.
BDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, belə bir ensiklopediya Azərbaycanda ilk dəfə nəşr edilib və professor Ağalar Abbasbəyli onu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edib.
Ensiklopediyanın redaksiya heyətinə AMEA-nın müxbir üzvü, professor, BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikova, siyasi elmlər doktoru, Əməkdar jurnalist Xalid Niyazov, siyasi elmlər üzrə fəlsəfə doktoru, BDU-nun Beynəlxalq əlaqələr kafedrasının dosenti Qurban Məmmədov daxildir.


