BDU tələbələrinin “Ezop” tamaşası festivalda qalib olub | Icma.az
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 2 iyun, AZƏRTAC Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin tələbələrin iştirakı ilə səhnələşdirdiyi “Ezop” tamaşası “Pillə-3” Tələbə Tamaşaları Festivalında “Ən yaxşı tamaşa” nominasiyasında qalib olub.Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Vahid Orucoğludur.
Tamaşada rolları universitetin tələbələri Hüseyn Cabbarlı, Fidan Sultanova, Ramazan Ramazanzadə, Nuran Atakişiyev, Rəna Əsədova və Murad Qəmbərov oynayıblar.“Ezop” tamaşası dünya ədəbiyyatının klassik simalarından biri olan Ezopun həyatına və onun məşhur fəlsəfi hekayələrinə əsaslanaraq səhnəyə qoyulub.
Qədim yunan təmsil ustası Ezopun (e.ə. VI əsr) qısa, lakin dərin mənalı hekayələri əsrlər boyu insanlara həyat dərsi verib.Əsərlərində heyva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu