BDU tələbələrinin “Ezop” tamaşası festivalda qalib olub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 2 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin tələbələrin iştirakı ilə səhnələşdirdiyi “Ezop” tamaşası “Pillə-3” Tələbə Tamaşaları Festivalında “Ən yaxşı tamaşa” nominasiyasında qalib olub.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Vahid Orucoğludur. Tamaşada rolları universitetin tələbələri Hüseyn Cabbarlı, Fidan Sultanova, Ramazan Ramazanzadə, Nuran Atakişiyev, Rəna Əsədova və Murad Qəmbərov oynayıblar.
“Ezop” tamaşası dünya ədəbiyyatının klassik simalarından biri olan Ezopun həyatına və onun məşhur fəlsəfi hekayələrinə əsaslanaraq səhnəyə qoyulub. Qədim yunan təmsil ustası Ezopun (e.ə. VI əsr) qısa, lakin dərin mənalı hekayələri əsrlər boyu insanlara həyat dərsi verib.
Əsərlərində heyvan obrazlarından istifadə etməklə insan xarakterini, cəmiyyətin zəif və güclü tərəflərini ustalıqla tənqid edən Ezopun “Tülkü və Üzüm”, “Qurd və Quzu”, “Qarğa və Küp” kimi məşhur hekayələri bu gün də öz aktuallığını qoruyub saxlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 02 İyun 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















