Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Lev Tolstoy inanırdı ki, insan acı çəkdiyi qədər insandır, özü də başqasının acısını. Molyer dedi, yox, insan "güldüyü qədər insandır".
Nitsşe isə bu fikrin ikisini bir araya gətirib, qəti hökm verdi: "İnsan o qədər çox acı çəkdi ki, axırda gülməyi öyrəndi".
Dərdin ağırlığı altında hönkürdüyü yerdə, birdən havalanıb qəhqəhə çəkən o qədər adam var ki!
Psixatriya stasionarları belə qırıq talelərlə doludur. Bir gözün ağladığı, bir gözün güldüyü cəmiyyətlər bunun nə demək olduğunu yaxşı bilir
"Göz yaşı içində gülüş" deyimi yəqin burdan gəlir. Cəfər Cabbarlı hətta bu adda dram yazmışdı: "Solğun çiçəklər və ya göz yaşı içində gülüş"
Bəs elə isə ucuz efir komediyalarına bu qədər canatım hardan gəlir, görəsən?!
Tragikomik həyat ukladımızı yalançı təbəssümlə pərdələmək, hıçqırıqları qəhqəhələrlə "susdurmaq" istəmişik bəlkə.