Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Bədbəxtlik indeksi və ya göz yaşı içində gülüş...

Bədbəxtlik indeksi və ya göz yaşı içində gülüş...

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lev Tolstoy inanırdı ki, insan acı çəkdiyi qədər insandır, özü də başqasının acısını. Molyer dedi, yox, insan "güldüyü qədər insandır". Nitsşe isə bu fikrin ikisini bir araya gətirib, qəti hökm verdi: "İnsan o qədər çox acı çəkdi ki, axırda gülməyi öyrəndi".

Dərdin ağırlığı altında hönkürdüyü yerdə, birdən havalanıb qəhqəhə çəkən o qədər adam var ki! Psixatriya stasionarları belə qırıq talelərlə doludur.

Bir gözün ağladığı, bir gözün güldüyü cəmiyyətlər bunun nə demək olduğunu yaxşı bilir. "Göz yaşı içində gülüş" deyimi yəqin burdan gəlir. Cəfər Cabbarlı hətta bu adda dram yazmışdı: "Solğun çiçəklər və ya göz yaşı içində gülüş".

Bəs elə isə ucuz efir komediyalarına bu qədər canatım hardan gəlir, görəsən?! Tragikomik həyat ukladımızı yalançı təbəssümlə pərdələmək, hıçqırıqları qəhqəhələrlə "susdurmaq" istəmişik bəlkə. Ya da, ola bilsin, tamam ayrı bir səbəb var.

Dünyanın ən mahir gülüş ustası Çarli Çaplin də öz ağır dərdlərini gülüşün dahiyanə tərzində gizlətmişdi. "Yağışın altında gəzməyi sevirəm, çünki göz yaşlarımı görən olmur", - deyirdi Çaplin.

Amma, bilirsiniz, nə hiss edirəm?! Gülüş həyatımızdan çıxır, deyəsən. Əsl gülüş!

Bəziləri Avropadan parıltılı "diplomatik təbəssüm" idxal edib, harda gəldi, necə gəldi, qəlp pul kimi bir-birinə doğru fırladır. Həyat sevinclərimizin də idxaldan asılılığı artdı, fərəhin də "yerli istehsalı" reqessə yuvarlandı. Sanki görünməz bir əl insanların içindən yumor hissini dartıb çıxarır, boğur, bir tərəfə atır.

Həmişə danışdığın lətifəni indi birinə danışırsan, görürsən, gülmək əvəzinə əsəbiləşir. Hətta qəzəblənir. Dünənki zarafatlarla yaxınlaşan, dostlaşan adamlar, bu gün elə həmin yumorun təsiri altında bir-birindən uzaqlaşır, öz yalnızlığında sozalıb yazıqlaşır. Həmişəki şirin atmacalar indiki incinmiş ruhlarda dərin yaralar açır.

İllah da yeni nəsil! Ağlamalı olana gülürlər, gülməli olana isə... Nə bilim! Hamısı belə deyil, əlbəttə. Amma bu ruh halı hamıda az, ya da çox dərəcədə, hər halda var...

Tez-tez eşidirik: "İndi o əvvəlki gülüş ustaları daha yoxdur; bir daha da gəlməzlər ".

Elə deyil. Bu gün o gülüş ustaları bəlkə yenə var, sadəcə, o gülüşün özü yoxdur. Ya da o gülüş də yerindədir, ustaları da, amma səhnəsi yoxdur. Ya da kütləsi.

Bu tamaşaçı o tamaşaçıdan deyil axı. Yaşar Nuri ona görə Yaşar idi ki, onun zarafatına gülməkdən yaşarmış gözlər vardı. İndi o tərzdə ədəbi (ədəbli) yumor mətninə gülən gözlər yoxdur, hətta bozaran üzlər var. Ya da o mətnlər kimi mətnlər də yoxdur. Buna yeni doğulmuş Yaşar nə etsin?! Əyri zövqümüzlə onu beşikdəcə boğmuşuq, ya da ən azı əymişik o fağır talantın qəddini...

Bir də ki o cür korifey gülüş ustlarının ürəkdən güldürəcəyi adamlar Sovet idilliyasında əriyib yoxa çıxdı. Ya da keçid dövrünün süzgəcindən keçə bilmədilər; keçinib keçmişdə qaldılar. İndi müstəqil vəhşi kapitalizmin (vəhşicəsinə müstəqilləşmiş liberalizmin) kiçildib, əzib, xıncımladığı nə qədər şikəst ruhlar dolaşır ətrafda! Hər sözü hərfi anlamda qavrayan bir hərif yığını var; duzsuzluğun bahalı biletlərlə həriflədiyi, ya da ən yaxşı halda minnətli dəvətlərlə təriflədiyi dekorativ heyranlar - yarımyabanı "fanat" kütləsi yetişib. Adına "tik-tok xalqı" da deyə bilərsiniz.

Nəyə gülüb, nəyə üzüldüyünü özü də bilməyən aşağı ayarlı istehlakçı həriflər ordusu səhnədəki aktyora deyil, sarayın xəzinəsinə gərəklidir. Vaxt vardı, ekran qarşısına yığışıb, "Ac həriflər"ə ürəkdən gülürdük, indi qlamur qılaflı tox həriflər... aclara boğazdan gülür. Oğrunun zirək, doğrunun əməzək sayıldığı bir ortamda acın halına ağlamaq bir yana, halından anlamaq da bir yana, bu hallara gülənlərə nə deyə bilərsən ki!

Əslində hər bir halda insanı yaşadan - gülüşdür.

İndiki insanlıq əşyalara çox düşkündür artıq. Bəs bu əşya xəstəliyindən necə qurtulmaq olar?! Bunun üzərində baş sındıran böyük başlar həmişə olub, indi də var. Bir fəlsəfi əsərdə oxumuşam: bu qədər çox "inventar siyahılarına və təsnifat cədvəllərinə qarşı yalnız... gülüşlə dayanmaq olar".

Elə dərdlər var, ağlamaqla çəkilməz, gərək gülüb keçəsən. Səni ağladanların üzünə gülmək! Yox, asan deyil. Ancaq kim demişdi ki, asan olacaq?! Allah da bizi ana bətnində "ruh"landırıb, bu dünyaya göndərəndə, həyatın asan olacağını vəd etməmişdi axı. İnsan əvvəldən sonadək Allahın xoşbəxt tənhalığından bir iz, bir nişanə daşıyır, əlbət.

Tənhalıq bəlkə xoşbəxtliyin bir şərtidir, ya da əksinə, xoşbəxtlik tənhalığın bir şəklidir; bunu Allahdan başqa kim bilir!

Dünyada elə yerlər var, adamların çoxu xoşbəxtdir, elə yerlər var, çoxu bədbəxtdir. "Bədbəxtlik indeksi" yüksək olan məmləkətdə kimin günü xoş keçir, ilahi?!

Bu qədər bədbəxtin arasında xoşbəxt olmağın asan olmadığını mən də az-çox bilirəm. Ancaq dayanmadan, nəfəs dərmədən neqativ informasiyalarla və dağıdıcı emosiyalarla özünü və başqalarını yükləmək də qaçılmaz sonu yaxınlaşdırar. Odur ki, burdan özünə pozitiv emosional əhval qurmaqla çıxa bilərsən, başqa yolu yoxdur.

Qreqq Beyden deyir: "Duyğu - reallığı seçmə üsuludur". Əgər belədirsə, deməli, hərə öz reallığını özü yaradır; öz duyğularını doğru oxumaqla. Reallığı hansı duyğu ilə axtaracaqsansa, o cür də alacaqsan. Qoxduğunda qorxulu reallıqla qarşılaşacaqsan; gündüz gördüyün hər şey gecənin qaranlığında sənə qorxulu, əcaib varlıqlar kimi görünəcək. Özün sevincə, seviləcəksən, sevindirincə, sevinəcəksən. Qüssəli gözləri güldürə bilsən, öz ömrün də üzünə güləcək. Hələ bəlkə bəxtin də. Ürəkdən güldüyün hər an ömrünü uzadacaq, demək. Kədərli susqunluq isə səni erkən "susdurar", bu, ağlında olsun.

..."İnsanlar çox acı çəkdiyindən gülməyi öyrəndi" deyir Nitsşe, bəli. Amma əvvəldə dediyim kimi, indi hər gün o qədər donuq baxışlar, duyğusuz gözlər görürük: nə dərddən yaşarır o gözlər, nə fərəhdən. İnsanlar xoşbəxt olmağı öyrənməyə macal tapmamış, hələ üstəlik bədbəxt olduğunu da unudub.

Hamı indi həmişə haqlı olmağı seçir, xoşbəxt olmağı deyil. Hərənin bir həqiqəti var; doqmaya çevirib, qalxan kimi üzünə tutub, yaşayır. Başqasının gerçəyi ilə heç maraqlanmaz. Öz dünyasına qapanıb qalıb. Özünü öz gerçəyi ilə başqa gerçəklərdən qorumağa və harda, nə vaxt, kiminlə ünsiyyətdə olursa-olsun, fərq etməz, bütün hallarda haqlı olmağa çalışacaq, xoşbəxt olmağa yox. Ya da, sadəcə, xoşbəxt görünsün yetər, əsas odur, o, haqlıdır. Bu da insanın öz xoşbəxtlik haqqını elə özünün boğması deməkdir. Yalnız özünün fövqünə yüksəlmiş müdriklər xoşbəxt olmağı seçər. Haqlı olaraq!

Amma və lakin!

Xoşbəxt olmaq yox, xoşbəxt görünmək! Budur günün qüssəli rəsmi!

Ürəkdən gülməyi saxta təbəssümlə əvəzləyib yaşayır indiki insan. İçinin deyil, çölünün hayına qalıb.

Şair demişdi: "Dünyayla dalaşmaq asanmış demə, çətini dünyayla barışmağımış".

Yox! İndinin insanı nəinki dünyayla, nəinki həyatla, heç özü ilə barışıq deyil. Hətta üzü ilə...

Şəhərdə gəzirsən, İlahi, hamı necə də bir-birinə oxşayır! Elə bir bir hamısı bir beldən gəlib, eyni bətndən doğulub. Özündən vaz keçmiş, üzündən imtina etmiş nə qədər adam varmış, İlahi! Plastik cərrahiyyənin ən qatı düşməni insanların, illah da qadınların üzündəki gülüş imiş! Birinci bıcaq zərbəsi ilə gülüşü üzlərdən kəsib atıb həkimlər. Adamlar hələ buna görə o "təbəssüm cəlladlarına" bir ətək pul da verib.

Heyrət içində ürpənirsən. Bəli, adamlar indi heç özü ilə barışmır, nəinki başqaları ilə. Özü ilə, üzü ilə barışıq olmayan adam sənin ürəyinə nələr etməz! Öz zahirinin hayına qalan adam sənin batinindən nə anlar?! Üzündə, gözündə gülüş istəməyən adam, yəqin, içindəki yumor hissini də çıxarıb atıb bir qırağa. Ya da bəlkə ürəklər üçün də ayrıca plastik cərrahiyyə var, sadəcə, mənim xəbərim yoxdur. O "cərrahlar" insani duyğuların, nəcib hisslərin üzə düşən işığını kəsib, əvəzinə kölgə yapışdırırlar bəlkə! Ya da elə işığı kökündən elə söndürürlər ki, kölgəyə də ehtiyac qalmır. Nə işıq, nə kölgə. Heç nə! Heç bir duyğu ifadə etməyən üzlərlə üz-üzə qoyublar bizi. Canlı adamları siluetə çevirib buraxıblar şəhərin küçələrinə. Hər iki mənada öz sifətini itirmiş iradəsiz indvidi manipulyasiya etməyə nə var ki?!

Görünür, konspiroloqlar hardasa elə düz deyirmiş! Dünyanı barmağında oynadan azsaylı multimilyarderlər, "texnofeodallar" zümrəsi, deyəsən, səkkiz milyard adamı biorobotlara çevirib, özünə işlədir!

Bəlkə bu qədər adam, sadəcə, kölələr kütləsinə dönüb, heç özü də bilmir. Bilmədiyi halından məmnun yaşayıb arın-arxayın yaşlanır özü üçün.

Baxmayın, kilsəyə, məscidə... gedənlər çoxalıb. Bir aqil deyir: "İndiki Tanrı puldur, məbədləri isə banklar əvəzləyib".

Bəli, bəli, bildiyiniz o banklar!

Elədirsə, deməli, hamını bu "din"ə biət etdirib, yeni məbədlərə bağlayıblar. İnancın da adı "kredit". Özünün amansız faiz yükü ilə, girov buxovları ilə birlikdə.

Səninlə yeni "Tanrı" arasında bağın, kontaktın adı "kredit" olsa gərək. Allaha bəndəlik edib, borcunu verdiyin yerdə, bir "din" böyürdən çıxıb, sənin adından "bəndə" sözünü silir, yerinə "borcalan" yazır. Yəqin ki, Fyodor Dostoyevskinin "Cinayət və cəza"ındakı sələmçi qarı özünün o vaxtkı və indiki prototipləri ilə birlikdə bu çağdaş "Tanrı"nın gözündə yolunu azmış, müşrikdir (ki, bu münafiqin qurduği latent "məzhəb" bir balta zərbəsi ilə darmadağın edildi).

Bəli, gizli sələmçilik yeni "Tanrı"nın da qarşısında ən ağır günahlardan

biridir. Ancaq ondan da bəlkə daha ağır günahın adını "problemli kreditlər" qoymuşuq. Yeni "məbəd"in problemli kreditorları bizim ənənəvi dinlərdən bildiyimiz günahkar bəndələrdir. Burda da tövbə qapısı açıqdır: gecikdirdiyin borcunu faizləri, dəbbəsi ilə birlikdə qaytar, günahından qurtul. Əks halda səni penitensiar qaranlığın "qır qazanı" gözləyir.

Bu yeni tip köləlik deyilmi? Əlləşib-vuruşub qazandığın salamat qalmağa ancaq çatar. Əgər həyat sənə qəfil və ağır tibbi fəlakətlər yaşatmasa. Ara-sıra əməyinin qarşılığını - maaşını da artırarlar, sabaha ümidin artar. Təbii, bunun yanında qiymətləri qaldırıb, fərqi geri almasalar...

Çarlz Bukovski deyirdi: "Kölələrə əsla azad olacaqları qədər ödəmə etməzlər. Sadəcə, həyatda qalmalarına çatacaq qədərini verirlər ki, işləməyə davam etsinlər".

Təməl ehtiyacların yuxarı həddini durmadan qaldırmaq və əvəzini qədərincə ödəməmək! Çağdaş quldarlığın düşünüb tapdığı düstur buymuş demək!

Dünyaca məşhur yazıçı Joze Saramaqo ona görə deyibmiş: "İnsanları təməl ehtiyacları ilə məşğul edərsənsə, itirdikləri azadlığı unudarlar".

...Əvvəl demişdim: "İnsanlar sanki öz taleyinə tamaşa edir". İndi görürəm, insanların tragikomik taleyini özlərinə ucuz komediya mizanında göstərən nəhəng bir saxta gülüş industriyası var. Bu təqsirkar sənayenin birinci uğuru isə gerçək gülüşün əsl simalardan yoxa çıxmasıdır.

Üstəlik o bədheybət qəlp təbəssüm biznesi adamları öz gözlərində elə şəkilləndirir, özlərinə elə qəribə aynada göstərir ki, ağlanacaq halına gülür adamların özləri...

Odur ki, mən də bu yazını yaza-yaza, elə bu andan Caplin kimi leysan yağış altında gəzməyi sevdim. Tərslikdən bu aralar havalar da yağmursuz keçir.

Amma, yox! Göyün üzü dolub-doluxsunub; bu axşam, deyəsən, yağacaq...

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri