Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi olaraq, ölkəmiz dünyada etibarlı tərəfdaşlardan biri kimi qəbul edilir.
Əksər dövlətlər Azərbaycanla müasir dünya trendlərinə uyğun olaraq daha sıx əməkdaşlıqda maraqlıdırlar”.
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.
Elşad Məmmədli sözlərinə belə davam edib: “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında da çox sıx siyasi, iqtisadi, ticari, mədəni əlaqələr mövcuddur və yüksələn xətlə inkişaf edir.Öncə ona diqqət yetirək ki, BƏƏ bərabər təmsil olunduğumuz bütün qlobal platformalarda Azərbaycanı dəstəkləyir, müdafiə edir.
Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində dərin münasibətləri xüsusi qeyd edə bilərik.
O da məlumdur ki, BƏƏ ilə Azərbaycan “yaşıl enerji” sahəsində də mühüm tərəfdaşdırlar.
Bütün bunların fonunda Azərbaycan-BƏƏ əməkdaşlığının daha da dərinləşməsi, münasibətlərin dinamik inkişafı təbiidir.