Icma.az
close
up
RU
“BƏƏ Azərbaycanı dəstəkləyir”

“BƏƏ Azərbaycanı dəstəkləyir”

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi olaraq, ölkəmiz dünyada etibarlı tərəfdaşlardan biri kimi qəbul edilir. Əksər dövlətlər Azərbaycanla müasir dünya trendlərinə uyğun olaraq daha sıx əməkdaşlıqda maraqlıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında da çox sıx siyasi, iqtisadi, ticari, mədəni əlaqələr mövcuddur və yüksələn xətlə inkişaf edir.
Öncə ona diqqət yetirək ki, BƏƏ bərabər təmsil olunduğumuz bütün qlobal platformalarda Azərbaycanı dəstəkləyir, müdafiə edir. Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində dərin münasibətləri xüsusi qeyd edə bilərik.
O da məlumdur ki, BƏƏ ilə Azərbaycan “yaşıl enerji” sahəsində də mühüm tərəfdaşdırlar. Bütün bunların fonunda Azərbaycan-BƏƏ əməkdaşlığının daha da dərinləşməsi, münasibətlərin dinamik inkişafı təbiidir. Qeyd etdiyim kimi, bu, məhz İlham Əliyevin uğurlu xarici siyasət kursunun nəticələrindən biridir. Bu kontekstdə yanvarın 13-də Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri də olduqca mühümdür.

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə BƏƏ-nin COP29-da iştirakını bir daha yüksək qiymətləndirməsi də təsadüfi deyildi. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan-BƏƏ münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Həmçinin, siyasi münasibətlərimizin mükəmməl səviyyədə olduğunu da Prezident İlham Əliyev xüsusi vurğulayıb.

O, iqtisadi-ticari əlaqələrin genişləndiyini qeyd edib, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların da dostluğumuzun və tərəfdaşlığımızın nümunəsi olduğunu vurğulayıb. Hesab edirəm ki, bu səfər zamanı əldə olunan razılaşmalar iki ölkə arasındakı əlaqələri daha da dərinləşdirəcək və biz qısa zamanda həm investisiya, həm də qarşılıqlı əməkdaşlıqlar çərçivəsində daha böyük proseslərin şahidi olacağıq”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Yanvar 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri