BƏƏ sahilləri yaxınlığında daha bir gəminin vurulduğu bildirilir

20.07.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birləşmiş Ərəb Əmirlikləri sahilləri yaxınlığında naməlum mərminin hədəfinə çevrilən gəmi idarəetməni itirib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarəti Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, hadisə BƏƏ-nin Dibba şəhərindən 17 dəniz mili şərqdə baş verib. Gəminin kapitanı bildirib ki, naməlum mərmi gəmini vurub və nəticədə sükan idarəetmə sistemi zədələnib.

UKMTO-nun açıqlamasında qeyd olunur ki, ekipaj üzvlərinin hamısı təhlükəsizdir və ətraf mühitə hər hansı ziyanın dəydiyi barədə məlumat daxil olmayıb.

Hadisəyə məruz qalan gəminin növü və ekipajın sayı barədə isə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью