BƏƏ sahilləri yaxınlığında daha bir gəminin vurulduğu bildirilir
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Birləşmiş Ərəb Əmirlikləri sahilləri yaxınlığında naməlum mərminin hədəfinə çevrilən gəmi idarəetməni itirib.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarəti Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, hadisə BƏƏ-nin Dibba şəhərindən 17 dəniz mili şərqdə baş verib. Gəminin kapitanı bildirib ki, naməlum mərmi gəmini vurub və nəticədə sükan idarəetmə sistemi zədələnib.
UKMTO-nun açıqlamasında qeyd olunur ki, ekipaj üzvlərinin hamısı təhlükəsizdir və ətraf mühitə hər hansı ziyanın dəydiyi barədə məlumat daxil olmayıb.
Hadisəyə məruz qalan gəminin növü və ekipajın sayı barədə isə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:BƏƏ sahilləri yaxınlığında gəmidə yanğın baş verib
04 May 2026 23:32
Britaniya Hərbi Dəniz Qüvvələri: BƏƏ sahilləri yaxınlığında tanker atəşə tutulub
04 May 2026 07:29
İran nüvə aliminin vurulduğu bildirilir
20 İyun 2025 13:59
ABŞ qırıcıları Venesuela sahilləri yaxınlığında
18 Dekabr 2025 01:29
Qətər sahilləri yaxınlığında yük gəmisi vurulub
10 May 2026 09:41
Baxış sayı:177
Bu xəbər 20 İyul 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















