BƏƏ sahillərində gəmi naməlum mərmi ilə vurulub

20.07.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahilləri yaxınlığında gəmi naməlum mərminin zərbəsi nəticəsində zədələnib.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, insident Dibba şəhərindən 17 dəniz mili şərqdə baş verib. Gəminin kapitanı bildirib ki, zərbə nəticəsində sükan mexanizmi zədələnib və gəmi idarəetməni itirib.

UKMTO qeyd edib ki, ekipaj üzvlərinin hamısı təhlükəsiz vəziyyətdədir. Ətraf mühitin çirklənməsi və ya yanacaq sızması barədə məlumat daxil olmayıb.

Gəminin tipi, hansı ölkəyə məxsus olduğu və göyərtəsində neçə nəfərin olduğu açıqlanmayıb.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью