BƏƏ sahillərində gəmi naməlum mərmi ilə vurulub
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahilləri yaxınlığında gəmi naməlum mərminin zərbəsi nəticəsində zədələnib.
Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, insident Dibba şəhərindən 17 dəniz mili şərqdə baş verib. Gəminin kapitanı bildirib ki, zərbə nəticəsində sükan mexanizmi zədələnib və gəmi idarəetməni itirib.
UKMTO qeyd edib ki, ekipaj üzvlərinin hamısı təhlükəsiz vəziyyətdədir. Ətraf mühitin çirklənməsi və ya yanacaq sızması barədə məlumat daxil olmayıb.
Gəminin tipi, hansı ölkəyə məxsus olduğu və göyərtəsində neçə nəfərin olduğu açıqlanmayıb.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:Oman sahillərində yük gəmisi naməlum mərmi ilə vurulub
04 Avqust 2026 08:30
BƏƏ sahilində konteyner gəmisi mərmi ilə vurulub
11 Mart 2026 10:40
BƏƏ sahillərində mərmi ilə vurulan gəmidə yanğın baş verib
19 Mart 2026 08:35
Hörmüz boğazında gəmi mərmi ilə vurulub
11 Mart 2026 10:55
Odessa sahillərində yük daşıyan gəmi vurulub VİDEO
19 Avqust 2026 22:44
Baxış sayı:189
Bu xəbər 20 İyul 2026 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















