BƏƏ sahillərində yük gəmisinə naməlum mərmi dəyib, yanğın baş verib

24.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahillərində lövbər salmış quru yük gəmisinə naməlum mərmi ilə zərbə endirilib.

APA xəbər verir ki, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə noyabrın 24-də Xor-Fakkan limanından təxminən 23 dəniz mili şimal-şərqdə qeydə alınıb.

Məlumata əsasən, mərmi zərbəsindən sonra gəmidə yanğın baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.

İnsidentlə bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью