BƏƏ sahillərində yük gəmisinə naməlum mərmi dəyib, yanğın baş verib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahillərində lövbər salmış quru yük gəmisinə naməlum mərmi ilə zərbə endirilib.
APA xəbər verir ki, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə noyabrın 24-də Xor-Fakkan limanından təxminən 23 dəniz mili şimal-şərqdə qeydə alınıb.
Məlumata əsasən, mərmi zərbəsindən sonra gəmidə yanğın baş verib.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.
İnsidentlə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Oman sahillərində yük gəmisinə mərmi dəyib
25 İyun 2026 22:11
BƏƏ sahillərində mərmi ilə vurulan gəmidə yanğın baş verib
19 Mart 2026 08:35
BƏƏ sahillərində gəmi naməlum mərmi ilə vurulub
20 İyul 2026 21:34
Oman sahillərində yük gəmisi naməlum mərmi ilə vurulub
04 Avqust 2026 08:30
Səudiyyə Ərəbistanı sahillərində tankerə naməlum sursatlar dəyib
02 Noyabr 2026 08:17
Baxış sayı:57
Bu xəbər 24 Noyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















