Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Birləşmiş Ərəb Əmirliklərinin xarici siyasət idarəsinin rəhbəri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Əbu-Dabidə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani ilə danışıqlar aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə Əmirliyin WAM xəbər agentliyi məlumat yayıb.
Görüş zamanı nazirlər “iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi yollarını”, Suriyadakı son hadisələri, eləcə də regiondakı vəziyyəti müzakirə ediblər.
Abdullah bin Zayed "BƏƏ-nin Suriyanın bütün ərazisi üzərində müstəqilliyini və suverenliyini dəstəkləməkdə qəti mövqeyini" təsdiqləyib.
Danışıqlarda Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra və Baş Kəşfiyyat Xidmətinin rəhbəri Ənəs Həsən Xəttab da iştirak edib.
BƏƏ respublikada hakimiyyət dəyişikliyindən sonra Suriya hökumət heyətinin səfər etdiyi üçüncü ölkə olub.
Bir gün əvvəl Əl-Şibani, Əbu Kəsra və Xəttab Qətərə səfər edib və burada hökumət başçısı, Əmirliyin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşüblər.