Icma.az
close
up
RU
BƏƏ xarici işlər naziri suriyalı həmkarı ilə danışıqlar apardı

BƏƏ xarici işlər naziri suriyalı həmkarı ilə danışıqlar apardı

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin xarici siyasət idarəsinin rəhbəri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Əbu-Dabidə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani ilə danışıqlar aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Əmirliyin WAM xəbər agentliyi məlumat yayıb.

Görüş zamanı nazirlər “iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi yollarını”, Suriyadakı son hadisələri, eləcə də regiondakı vəziyyəti müzakirə ediblər. Abdullah bin Zayed "BƏƏ-nin Suriyanın bütün ərazisi üzərində müstəqilliyini və suverenliyini dəstəkləməkdə qəti mövqeyini" təsdiqləyib. Danışıqlarda Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra və Baş Kəşfiyyat Xidmətinin rəhbəri Ənəs Həsən Xəttab da iştirak edib.

BƏƏ respublikada hakimiyyət dəyişikliyindən sonra Suriya hökumət heyətinin səfər etdiyi üçüncü ölkə olub. Bir gün əvvəl Əl-Şibani, Əbu Kəsra və Xəttab Qətərə səfər edib və burada hökumət başçısı, Əmirliyin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşüblər. Yanvarın əvvəlində onlar Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud ilə danışıqlar aparıblar. Suriya nümayəndə heyəti yaxın günlərdə İordaniyaya səfər etməyi planlaşdırır.

Xatırladaq ki, ötən ilin noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil oldular, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verdi və ölkəni tərk etdi. Dekabrın 10-da Suriyanın yeni hakimiyyət orqanları Məhəmməd əl-Bəşiri müvəqqəti hökumətin başçısı təyin edib. O, təyinatına münasibət bildirərək, respublikada keçid dövrünün martın 1-dək davam edəcəyini bildirib.

Turan İSMAYIL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Yanvar 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri