Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq. Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb.
Fermerlər bildirirlər ki, mal bazarının bağlanması satışa mənfi təsir göstərib.
Bu səbəbdən də bazarı bağlamaq yox, nəzarətə götürmək daha labüd qərar olardı.
Qəssablar isə deyir ki, bazar bağlı olduğundan kəsimlik heyvan tapmaq üçün özləri axtarışa çıxırlar.
Əksər vaxtlarda da kəsimlik heyvanlar kənar rayonlardan gətirilir ki, yol xərcinin artması ətin qiymətinə də təsir edir.Onsuz da ət bahalaşıb, bu vəziyyət bir az da ətin bahalaşmasına səbəb olacaqmı?Ölkəyə xaricdən gətirilən heyvanların çoxalmasına səbəb ola bilərmi?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Belarus Azərbaycan bazarında təzə və soyudulmuş mal-qara ətinin təqribən 97 %-ni təmin edir: “Dabaq xəstəliyinin yayılması çoxluq intervalından asılı olacaq.
Bazara çıxarılacaq məhsul azalacaqsa, qiymətin bahalaşmasına təsir göstərə bilər. Təkcə artırıcı yox, həm də çatışmazlıq ola bilər.
Amma bunların hamısı qiymət artıran faktordur. Ölkəyə gətirilən diri iribuynuzlu heyvanların 65 %-i Rusiyadan, 10%-i Qazaxıstandan, 21 %-i G