Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Belarusda və Ukraynada mal qaranın, Monqolustanda qoyunun yetişdirilməsi daha ucuz başa gəlir, nəinki Azərbaycanda

Belarusda və Ukraynada mal qaranın, Monqolustanda qoyunun yetişdirilməsi daha ucuz başa gəlir, nəinki Azərbaycanda

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb. Fermerlər bildirirlər ki, mal bazarının bağlanması satışa mənfi təsir göstərib. Bu səbəbdən də bazarı bağlamaq yox, nəzarətə götürmək daha labüd qərar olardı. Qəssablar isə deyir ki, bazar bağlı olduğundan kəsimlik heyvan tapmaq üçün özləri axtarışa çıxırlar. Əksər vaxtlarda da kəsimlik heyvanlar kənar rayonlardan gətirilir ki, yol xərcinin artması ətin qiymətinə də təsir edir.Onsuz da ət bahalaşıb, bu vəziyyət bir az da ətin bahalaşmasına səbəb olacaqmı?Ölkəyə xaricdən gətirilən heyvanların çoxalmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Belarus Azərbaycan bazarında təzə və soyudulmuş mal-qara ətinin təqribən 97 %-ni təmin edir: “Dabaq xəstəliyinin yayılması çoxluq intervalından asılı olacaq. Bazara çıxarılacaq məhsul azalacaqsa, qiymətin bahalaşmasına təsir göstərə bilər. Təkcə artırıcı yox, həm də çatışmazlıq ola bilər. Amma bunların hamısı qiymət artıran faktordur.

Ölkəyə gətirilən diri iribuynuzlu heyvanların 65 %-i Rusiyadan, 10%-i Qazaxıstandan, 21 %-i Gürcüstandan gətirilir. Ölkəyə gətirilən diri xırdabuynuzlu heyvanların 88 %-i Gürcüstandandır, 10 %- i Rusiyadandır. Bu ölkələrdən ölkəyə gətirilən iri və xırdabuynuzlu heyvanların təqribən 98 %-nin gətirdiyi istiqamətlərdi. Təbii ki, burda logistikanın və qonşu dövlət olmağın üstünlükləri var.

Təzə soyudulmuş iribuynuzlu heyvan ətinin ölkəyə gətirilməsinin əsas istiqaməti Belarusdur. Belarus Azərbaycan bazarında təzə və soyudulmuş mal-qara ətinin təqribən 97 %-ni təmin edir.

Dondurulmuş  iribuynuzlu heyvan ətinə gəldikdə Ukraynanın payı 70 %-dir, Braziliyanın payı isə 24 %-dir. Dondurulmuş şəkildə ölkəyə gətirilən mal-qaranın əsasən 94 %-i məhz Ukrayna və Braziliyanın payına düşür. Təzə soyudulmuş qoyun ətinin idxalına gələndə isə burda Monqolustan liderlik edir, təqribən 91 %-i soyudulmuş ət şəklində ölkəyə gətirilən qoyun-keçi ətinin gədiyi istiqamət Monqolustandır. Təbii ki, bu ölkələrin istiqamətinə baxanda görürük ki, bu ölkələrdən ölkəmizə gəlişinin əsas səbəbləri logistikanın rahat olması və bu ölkələrin həmin sahələr üzrə dünya liderlərinin olmasıdır. Monqolustan əhali sayının adambaşına düşən qoyun sayına görə dünyada birinci ölkədir və buna görə də qoyun idxalının ordan edilməsi daha məqsədəuyğun olur, çünki daha ucuzdur”.

Xalid Kərimli

İqtisadçı ekspert Xalid Kərimli vurğulayıb ki, alıcılar dondurulmuş, yaxud soyudulmuş şəkildə ölkəyə gətirilən atləri təzə kəsilən heyvan ətinə nisbətən daha aşağı qiymətləndirir: “Dondurulmuş, yaxud kəsilmiş formada ölkəyə gətirilən ətlər ölkədə kəsilmiş ətlərlə müqayisədə daha ucuz olur. Burda əsas məqam odur ki, əhali arasında yeni kəsilən yerli ətlər daha yaxşı, daha premium hesab olunur. Ona görə daha yüksək qiymətləndirilir. Bu qiyməti təyin etdiyinə görə idxalçılar bu qiymətə baxaraq alıcıların yeni kəsilmiş heyvan ətinə daha çox üstünlüyü olduğunu görərək hesab edirlər ki, əgər gətirdiyimiz ət yeni kəsilmiş ətdən daha ucuz olarsa, onun idxalının bir mənası var. Tapdıqları destinasiyalarda da, məhz bunu nəzər alırlar və nəzərə alırlar ki, onları gətirildiyi kəsilmiş, dondurulmuş, təzə və yaxud soyudulmuş nisbətən daha ucuz olmalıdır ki, alıcılar onu alsınlar. Çünki alıcılar dondurulmuş, yaxud soyudulmuş şəkildə ölkəyə gətirilən atləri təzə kəsilən heyvan ətinə nisbətən daha aşağı qiymətləndirir. İkinci məqam burda həm də logistika ilə əlaqədar məsələdir.

Diri heyvanlar əsasən qonşu ölkədən diri şəkildə gətirilir. Amma kəsilmiş, dondurulmuş heyvanlarınn daha uzaq coğrafiyadan gətirilməsi halları mümkündür. Çünki bunların həm qablaşdırılması, həm də dondurulmuş şəkildə uzaq ölkələrdən gətirilməsi daha effektivdir. Sahibkarlar o halda idxal edirlər ki, onlar idxal qiymətləri üstəgəl marjaları və riskləri nəzərə alınmaqla məhsullarını sata bilərlər. Bu zaman da onların müqayisə etdiyi yuxarı qiymət həddi yeni kəsilmiş premium hesab edilən ətlərin qiymətidir. Ona görə də dondurulmuş ətlər nisbətən daha ucuz və əlçatan olur. Bu o demək deyil ki, dondurulmuş ətlər keyfiyyətsizdir və ya səhhətə ziyandır. Zatən ölkəyə gələn ətləri birbaşa gömrükdə yoxlamadan keçirilir. Bunların sertifikatı olmadan və zəruri ölkə qanunvericiliyinə cavab vermədən ölkəyə buraxılması qadağandır. Bu baxımdan əhalinin yeni kəsilən ətlərə üstünlük verməsi, onların premium hesab etməsi, onlara daha çox ödəniş etməyə hazır olması, qiymət fərqi arasında səbəbi izah edən əsas amildir.

Digər ölkələrdən gətirilən ətlərin ucuz olması isə həmin ölkələrdə bu məhsulların yetişdirilməsi xərcinin aşağı olmasıdır. Məsələn; Belarusda, Ukraynada mal-qaranın yetişdirilməsi, həmçinin Monqolustanda qoyunun yetişdirilməsi daha ucuz başa gəlir, nəinki Azərbaycanda. Burda həm say məsələsi var, həm də ölkələrin ixtisaslaşması məsələsi. Təbii coğrafi məsələlər də var ki, onlarda boş otlaq sahələri daha çoxdur və heyvanların yetişdirilməsi xərci daha aşağı olur”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri