Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 19 noyabr, AZƏRTAC Belarus Respublikasının rəsmi hökumət mətbu orqanı olan “Respublika” qəzetinin 15 noyabr tarixli nömrəsinin “Aktual gündəm” rubrikasında (həmçinin www.sb.by rəsmi saytında) “Respublika” (Azərbaycan) qəzetinin baş redaktoru Hümbət Musayevin COP29-la bağlı ekspert rəyi dərc edilib.
AZƏRTAC xəbər verir ki, bu yazıda Belarusun təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi naziri S.Maslyak, Belarus Parlamentinin Qanunvericilik və dövlət quruculuğu, Beynəlxalq əlaqələr və milli təhlükəsizlik daimi komissiyalarının üzvləri L.Sapeqo və A.Smolyakın da fikirləri yer alıb.
Hümbət Musayev qeyd edib ki, iqlim öhdəliklərinin yerinə yetirilməsi ambisiyalarla deyil, praktik icrası ilə seçilməlidir.
Qəbul edilmiş sazişlər qısamüddətli uğurların rəmzinə və ya siyasi oyun alətlərinə çevrilməməlidir.
Bu tezis bir çox ölkələrin dövlət başçılarının çıxışının mərkəzi mesajı olmaqla uzunmüddətli sadiqliyi ifadə etməlidir.
Paris Sazişinin qısamüddətli uğur simvoluna çevrilə biləcəyi ilə bağlı tənqid bəzi ölkələrin həmin sazişi imzalamasına baxmayaraq, öhdəliklərini yerinə yetirməməsi şəraitində çox aktualdır.
Bu, iqlim məqsədlərinin monitorinqi və həyata keçirilməsi üçün beynəlxalq yanaşmanın yenidən nəzərdən keçirilməsini zəruri edir.H.Musayev Belarus Prezidenti A.Lukaşenkonun Sammitdə iştirak etməli olan bəzi ölkələrin dövlət başçılarının olmamasına dair irəli sürdüyü məsələyə diqqət çəkib.