Icma.az
close
up
RU
Belarusun “Respublika” qəzeti: Milli iqtisadiyyatların dəyişən iqlim şərtlərinə uyğunlaşdırılması olduqca zəruridir AZƏRTAC

Belarusun “Respublika” qəzeti: Milli iqtisadiyyatların dəyişən iqlim şərtlərinə uyğunlaşdırılması olduqca zəruridir AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Belarus Respublikasının rəsmi hökumət mətbu orqanı olan “Respublika” qəzetinin 15 noyabr tarixli nömrəsinin “Aktual gündəm” rubrikasında (həmçinin www.sb.by rəsmi saytında) “Respublika” (Azərbaycan) qəzetinin baş redaktoru Hümbət Musayevin COP29-la bağlı ekspert rəyi dərc edilib.

AZƏRTAC xəbər verir ki, bu yazıda Belarusun təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi naziri S.Maslyak, Belarus Parlamentinin Qanunvericilik və dövlət quruculuğu, Beynəlxalq əlaqələr və milli təhlükəsizlik daimi komissiyalarının üzvləri L.Sapeqo və A.Smolyakın da fikirləri yer alıb.

Hümbət Musayev qeyd edib ki, iqlim öhdəliklərinin yerinə yetirilməsi ambisiyalarla deyil, praktik icrası ilə seçilməlidir. Qəbul edilmiş sazişlər qısamüddətli uğurların rəmzinə və ya siyasi oyun alətlərinə çevrilməməlidir. Bu tezis bir çox ölkələrin dövlət başçılarının çıxışının mərkəzi mesajı olmaqla uzunmüddətli sadiqliyi ifadə etməlidir. Paris Sazişinin qısamüddətli uğur simvoluna çevrilə biləcəyi ilə bağlı tənqid bəzi ölkələrin həmin sazişi imzalamasına baxmayaraq, öhdəliklərini yerinə yetirməməsi şəraitində çox aktualdır. Bu, iqlim məqsədlərinin monitorinqi və həyata keçirilməsi üçün beynəlxalq yanaşmanın yenidən nəzərdən keçirilməsini zəruri edir.

H.Musayev Belarus Prezidenti A.Lukaşenkonun Sammitdə iştirak etməli olan bəzi ölkələrin dövlət başçılarının olmamasına dair irəli sürdüyü məsələyə diqqət çəkib. Onun Fransa Prezidentinə ünvanlanan “Paris Sazişinə görə özünü az qala böyük hesab edən Fransa Prezidenti haradadır?” Doğrudanmı bu, aktual deyil?” sualı sitat gətirilir. COP29-da bir neçə dövlətin liderlərinin olmamasına dair tənqidi Belarusun iqlim təşəbbüslərində məsuliyyətli iştirakçı kimi mövqeyini gücləndirir. Fransa Prezidenti ilə bağlı məsələ belə bir əhəmiyyətli məqamı ortaya qoyur: iqlim siyasəti fərdi ambisiyalardan və ya ayrı-ayrı liderlərin siyasi populyarlığından asılı olmamalıdır. Bu bəyanat dövlət başçısının Paris Sazişinə formal sədaqət göstərilməsinə, lakin real addımların atılmamasına dair məyusluğunu əks etdirir.

COP29-da prinsipial mövqedən çıxış və iqlim vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş konstruktiv təkliflər irəli sürən Aleksandr Lukaşenkonun məzmununa, coğrafiyasına görə ən böyük və mürəkkəb Sammitin əla təşkili üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsi Belarus ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlığı təsdiqləyir.

Baş redaktor vurğulayıb ki, Belarus öhdəliklərin yerinə yetirilməsində prinsipial mövqe nümayiş etdirərək, ekologiya uğrunda mübarizəyə sadiq dövlət kimi statusunu gücləndirir. Xüsusilə iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının dəyişən iqlim şərtlərinə uyğunlaşdırılmasının vacibliyi ayrıca qeyd olunub. Belarusun iqlim siyasətinə ümumi baxışı əks etdirən, praktiki addımlara və əməkdaşlığa əsaslanan yanaşması populist bəyanatlardan uzaqdır və texnologiyalara bərabər çıxış kimi real problemlərə yönəlib. Bu, ölkələrin iqlim problemlərinə məsuliyyətli münasibətini vurğulayır və qlobal ekoloji gündəlikdəki rolunu gücləndirir.

Ekspert qeyd edib ki, atmosferə atılan tullantıların azaldılması üçün iqlim öhdəliklərinə uzunmüddətli sədaqət, bəyan edilmiş hədəflərin praktiki şəkildə həyata keçirilməsi və bərabərhüquqlu beynəlxalq əməkdaşlığın qurulması zərurətdir. Bütün bu işlər də Azərbaycan kimi Belarus da öz öhdəliklərini fəal şəkildə yerinə yetirərək digər ölkələrə nümunə göstərir. Bu yanaşma Azərbaycan və Belarusun qlobal iqlim problemlərinin həlli üçün konstruktiv qərarların hazırlanmasında mühüm töhfə verdiyini önə çıxarır.

Ekspert fikrini milli iqtisadiyyatların dəyişən iqlim şərtlərinə uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayaraq yekunlaşdırıb. O, bunun böyük zaman və resurslar tələb etdiyini, lakin olduqca zəruri olduğunu vurğulayıb. Rəydə Azərbaycanla dost olan Belarusun texnologiyalara bərabər çıxışın təmin edilməsi və borc asılılığının qarşısının alınması sahəsində praqmatik və ədalətli yanaşması xüsusi qeyd edilir. Bildirilib ki, Azərbaycanın və Belarusun dövlət başçıları arasında sıx münasibətlərin, əməkdaşlığın olması beynəlxalq səviyyədə ikitərəfli əlaqələri möhkəmləndirir və ölkələrimizin qlobal iqlim və ekoloji problemlər də daxil olmaqla bütün aktual məsələlər üzrə birgə işə hazır olduğunu nümayiş etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see228

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see133

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see126

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri