Belə qəzalarda dünyasını dəyişənlər şəhid hesab edilir İlahiyyatçıdan AÇIQLAMA | Icma.az
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Dünən baş verən dəhşətli qəza hamımızı sarsıtdı.
Mənə görə belə qəzalarda dünyasını dəyişənlər şəhid hesab edilir. Bildiyimiz kimi İslamda şəhidlik anlayışı geniş məna daşıyır.
Əsasən cəbhədə Allah yolunda döyüşərək ölənlər şəhid hesab edilsə də, bəzi hadisələr və ölümlər də şəhidlik səviyyəsində qiymətləndirilir.
Bu mövzuda Quran ayələri, hədislər və alimlərin fikirləri birmənalı olaraq şəhidlik anlayışını konkretləşdirməyə kömək edir.
Şəhidlik, Allah yolunda canını fəda edənlərin məqamıdır. Qurani-Kərimdə belə deyilir ki, Allah yolunda öldürülənləri ölü sanmayın.
Onlar diridirlər və Rəbbi yanında ruziyə nail olurlar. (Ali-İmran, 169).Bu ayədə şəhidlərin Allah qatında yüksək bir məqamda olduqları bildi
Lakin islamda şəhidlik yalnız döyüş meydanında deyil, digər fədakarlıq və çətin şəraitdə ölənlərə də şamil edilir.
Həzrət Peyğəmbər, bəzi hadisələr nəticəsində ölənlərin də şəhid olduğunu bildirmişdir.“Beş şəhid növü var: taun xəstəliyindən ölənlər, qarında (daxili xəstəlikdən) ölənlər, suda boğulanlar, uçqunda qalaraq ölənlər və Allah yolunda vuruşaraq şəhid olanlar” (Buxari, Müslim)”.Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
Tam oxu
Xəbəri oxu