Icma.az
close
up
RU
Belə qəzalarda dünyasını dəyişənlər şəhid hesab edilir İlahiyyatçıdan AÇIQLAMA

Belə qəzalarda dünyasını dəyişənlər şəhid hesab edilir İlahiyyatçıdan AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Dünən baş verən dəhşətli qəza hamımızı sarsıtdı. Mənə görə belə qəzalarda dünyasını dəyişənlər şəhid hesab edilir. Bildiyimiz kimi İslamda şəhidlik anlayışı geniş məna daşıyır. Əsasən cəbhədə Allah yolunda döyüşərək ölənlər şəhid hesab edilsə də, bəzi hadisələr və ölümlər də şəhidlik səviyyəsində qiymətləndirilir. Bu mövzuda Quran ayələri, hədislər və alimlərin fikirləri birmənalı olaraq şəhidlik anlayışını konkretləşdirməyə kömək edir. Şəhidlik, Allah yolunda canını fəda edənlərin məqamıdır. Qurani-Kərimdə belə deyilir ki, Allah yolunda öldürülənləri ölü sanmayın. Onlar diridirlər və Rəbbi yanında ruziyə nail olurlar. (Ali-İmran, 169).Bu ayədə şəhidlərin Allah qatında yüksək bir məqamda olduqları bildirilir. Lakin islamda şəhidlik yalnız döyüş meydanında deyil, digər fədakarlıq və çətin şəraitdə ölənlərə də şamil edilir. Həzrət Peyğəmbər, bəzi hadisələr nəticəsində ölənlərin də şəhid olduğunu bildirmişdir.“Beş şəhid növü var: taun xəstəliyindən ölənlər, qarında (daxili xəstəlikdən) ölənlər, suda boğulanlar, uçqunda qalaraq ölənlər və Allah yolunda vuruşaraq şəhid olanlar” (Buxari, Müslim)”.
Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
O bildirib ki, təyyarə qəzalarında və qəza nəticəsində yanaraq ölənlər bu geniş anlamda şəhidlik məqamına yüksəlmiş olurlar:
“Digər hədisdə deyilir ki, Peyğəmbər buyurmuşdur: “Ümmətimin şəhidləri çoxdur. Kim boğularsa, kim yanarsa və kim hər hansı bədbəxt hadisə ilə dünyasını dəyişərsə, o da şəhidlərdən biridir”. Peyğəmbərimizin bu və ya başqa bir çox hədisləri qəza nəticəsində dünyasını dəyişməyin şəhidlik zirvəsinə yüksəlməsini göstərir. Böyük islam alimlərindən biri olan İbn Teymiyyə şəhidlik anlayışını geniş mənada təfsir edərək qeyd edir ki, hər hansı bədbəxt hadisə, xüsusən də insanın ixtiyarı xaricində baş verən qəzalarda ölümlər, əgər həmin şəxs imanla dünyasını dəyişibsə, şəhidlik səviyyəsinə yaxındır”.
Onun sözlərinə görə, təyyarə qəzasında ölənlər, xüsusilə də yanaraq ölənlər İslam nəzərindən bədbəxt hadisə nəticəsində vəfat etmiş şəxslər sayılır:
“Əgər bu şəxslər imanlı və düzgün niyyətdə olublarsa, Rəsulullahın (s.ə.s.) hədislərinə əsasən, onlar şəhidlik məqamına nail ola bilərlər. Yanaraq ölüm də xüsusi bir əzab olduğuna görə, bu şəxslərin əzablarının axirətdə bağışlanma ilə nəticələnəcəyi gözlənilir. Əgər bu insanlar imanlı, düzgün niyyətli idilərsə və bu cür hadisələr nəticəsində həyatlarını itiriblərsə, İslamda şəhidlik müjdəsindən bəhrələnmə ehtimalları vardır. Allah-Təala onların vəziyyətlərini ən gözəl şəkildə biləndir. Bu insanlar üçün dua etməli, onların ailələrinə dəstəklə yanaşmalıyıq. Belə çətin və ağrılı hadisələr zamanı ölənlər üçün bağışlanma diləməli və onların ailələrinə təsəlli verərək həm mənəvi, həm də psixoloji dəstək göstərməliyik. Allah-Təala buyurur ki, hər bir çətinliyin ardından asanlıq gəlir. Bu cür hadisələr bizə dünyada hər şeyin müvəqqəti olduğunu və əbədi həyatın yalnız axirətdə başladığını xatırladır.Belə ağır və faciəvi hadisələr yalnız fərdlərin deyil, bütün bir cəmiyyətin sınağıdır. İslam həm fərdi, həm də cəmiyyətin üzərinə məsuliyyət qoyur”.
 Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri