“Bələdiyyələr idarəçilik və büdcə planlamasında təcrübəsizdirsə, gəlir resurslarını səmərə…
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gələn ilin büdcə layihəsində bələdiyyələrə ayrılacaq vəsaitin həcmi açıqlanıb.
Bizimyol.info Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə layihəsinə istinadən xəbər verir ki, bələdiyyələrə veriləcək dotasiya məbləği 7 milyon 500 min manat, subvensiya isə 1 milyon 550 min manat nəzərdə tutulub.
Cari ilin dövlət büdcəsində də bələdiyyələrə eyni məbləğlərdə dotasiya və subvensiya ayrılmışdı.Bələdiyyələrin mərkəzi hökumətdən asılılığını azaltmaq üçün gəlir mənbələrinin artırılması planlaşdırılırmı?Dotasiya və subvensiyalar bölgələrin ehtiyacına uyğun differensiallaşdırıla bilərmi, yoxsa hər yerə eyni yanaşma tətbiq olunur?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bələdiyyələrin mərkəzi hökumətdən asılılığını azaltmaq üçün əlavə gəlir mənbələrinin artırılması nəzərdə tutulur: “Bəli, bir çox ölkələrdə və Azərbaycanın bəzi strateji planlarında bələdiyyələrin mərkəzi hökumətdən asılılığını azaltmaq üçün əlavə gəlir mənbələrinin artırılması nəzərdə tutulur.
- Yerlik vergilər: əmlak vergisi, torpaq vergisi, turizm vergisi və s.
- İcazə və lisenziya haqları: ticarət, fəaliyyət icazələri, reklam vergisi.
- Kommunal və xidmət haqları: su, kanalizasiya, tullantı toplama və digər xidmətlərdən gələn ödənişlər.
Tam oxu
Xəbəri oxu