Icma.az
close
up
RU
“Bələdiyyələr idarəçilik və büdcə planlamasında təcrübəsizdirsə, gəlir resurslarını səmərəsiz istifadə edə bilər”

“Bələdiyyələr idarəçilik və büdcə planlamasında təcrübəsizdirsə, gəlir resurslarını səmərəsiz istifadə edə bilər”

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gələn ilin büdcə layihəsində bələdiyyələrə ayrılacaq vəsaitin həcmi açıqlanıb. Bizimyol.info Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə layihəsinə istinadən xəbər verir ki, bələdiyyələrə veriləcək dotasiya məbləği 7 milyon 500 min manat, subvensiya isə 1 milyon 550 min manat nəzərdə tutulub. Cari ilin dövlət büdcəsində də bələdiyyələrə eyni məbləğlərdə dotasiya və subvensiya ayrılmışdı.Bələdiyyələrin mərkəzi hökumətdən asılılığını azaltmaq üçün gəlir mənbələrinin artırılması planlaşdırılırmı?Dotasiya və subvensiyalar bölgələrin ehtiyacına uyğun differensiallaşdırıla bilərmi, yoxsa hər yerə eyni yanaşma tətbiq olunur?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bələdiyyələrin mərkəzi hökumətdən asılılığını azaltmaq üçün əlavə gəlir mənbələrinin artırılması nəzərdə tutulur: “Bəli, bir çox ölkələrdə və Azərbaycanın bəzi strateji planlarında bələdiyyələrin mərkəzi hökumətdən asılılığını azaltmaq üçün əlavə gəlir mənbələrinin artırılması nəzərdə tutulur.

- Yerlik vergilər: əmlak vergisi, torpaq vergisi, turizm vergisi və s.

- İcazə və lisenziya haqları: ticarət, fəaliyyət icazələri, reklam vergisi.

- Kommunal və xidmət haqları: su, kanalizasiya, tullantı toplama və digər xidmətlərdən gələn ödənişlər.

- İnvestisiya və tərəfdaşlıq layihələri: yerli infrastruktur layihələrinə xüsusi paylar, dövlət-özəl tərəfdaşlıqları.

Məqsəd bələdiyyələr öz xərclərini daha çox daxili resurslardan ödəyə bilsin və mərkəzi büdcədən dotasiyalara az bağlı olsun”.

Akif Nəsirli

Akif Nəsirli vurğulayıb ki, bütün bölgələrə müəyyən normativ əsasda eyni məbləğ verilir: “Ənənəvi halda dotasiyalar bərabər paylanır, yəni bütün bölgələrə müəyyən normativ əsasda eyni məbləğ verilir. Bu, bəzən daha zəif iqtisadi potensiala malik bölgələrdə ehtiyacı tam qarşılamaya bilər. Qeyd edim ki, differensial yanaşma - iqtisadi göstəricilər, əhali sayı, infrastruktur səviyyəsi və sosial ehtiyaclara görə bölgələr arasında dotasiya fərqləndirilə bilər. Bu üsul daha ədalətli sayılır, çünki daha çox dəstəyə ehtiyacı olan bölgələr əlavə vəsait alır.

Azərbaycanın son illərdə büdcə planlamasında müəyyən sahələrdə (məsələn; Xocavənd kimi xüsusi diqqət tələb edən rayonlar) fərqləndirilmiş dotasiya praktikaları müşahidə olunur.

Bələdiyyələrin maliyyə müstəqilliyi artırsa, planlaşdırma səmərəliliyi yüksələr. İnfrastruktur və sosial xidmətlərdə yerli prioritetlərə uyğun investisiyalar mümkün olur. Regionlar arasında iqtisadi balans yaranır, zəif bölgələrdə inkişaf dəstəklənir”.

İqtisadçı mənfi və ehtiyatlılıq tələb edən nəticələrə nəzər salaraq qeyd edib ki, vergi və haqların artırılması əhali və biznes üçün əlavə yük ola bilər: “Differensial dotasiyalar bəzən siyasi və regional narazılıqlara səbəb ola bilər. Bələdiyyələr idarəçilik və büdcə planlamasında yetərincə təcrübəsizdirsə, əlavə gəlir resursları səmərəsiz istifadə edilə bilər.

Bələdiyyələrin müstəqilliyini təmin etmək üçün həm də səlahiyyət bölgüsündə bələdiyyənin payını artırmaq vacib məsələlərdən biridir. Hazırda səlahiyyət baxımından bələdiyyə "rudiment qurum" xarakteri daşıyır. Fikrimizcə, bələdiyyənin səlahiyyətləri "yerli hakimiyyət" statusuna qaldırılmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Oktyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see228

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see133

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see126

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri