Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Məclisdə aparılan müzakirələr, ələlxüsus da son iki gün ərzində Plenar iclaslarda səslənən fikirlərlə bağlı fərqli mövqelər, mülahizələr mövcuddur.
Dünəndən etibarən demək olar, bütün ictimai-siyasi sektor bu barədə danışır.
Odur ki, düşündüm, mən də məlum kontekstdə öz yanaşmamı dəyərli oxucularla bölüşüm.
Bəzən oxşar suallarla çox qarşılaşıram ki, müxalif partiyanın rəhbərisənsə, niyə çıxışlarında iradlara, tənqidlərə, kəskin ifadələrə yer ayırmırsan?
Hərzamankı cavabım belədir: Müxalifətçilik tənqid xətrinə tənqid eləmək deyil. Müxalifətçilik sözü hörmətdən salmaq, artistlik etmək deyil.
Müxalifətçilik qəzet manşetlərinə çıxmaq, xəbər başlıqları üçün gözəgəlimli material istehsal etmək deyil.
Müxalifətçilik Əli Kərimlinin, Qənimət Zahidin, Sevinc Osmanqızının, Tural Sadıqlının jarqonları, leksikonu, hətta bəzən dialekti ilə xitab etmək deyil.