Icma.az
close
up
RU
“Bəli, mikrofon danışmaq üçündür, amma...”

“Bəli, mikrofon danışmaq üçündür, amma...”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisdə aparılan müzakirələr, ələlxüsus da son iki gün ərzində Plenar iclaslarda səslənən fikirlərlə bağlı fərqli mövqelər, mülahizələr mövcuddur. Dünəndən etibarən demək olar, bütün ictimai-siyasi sektor bu barədə danışır. Odur ki, düşündüm, mən də məlum kontekstdə öz yanaşmamı dəyərli oxucularla bölüşüm. 

Bəzən oxşar suallarla çox qarşılaşıram ki, müxalif partiyanın rəhbərisənsə, niyə çıxışlarında iradlara, tənqidlərə, kəskin ifadələrə yer ayırmırsan? 

Hərzamankı cavabım belədir: Müxalifətçilik tənqid xətrinə tənqid eləmək deyil. Müxalifətçilik sözü hörmətdən salmaq, artistlik etmək deyil. Müxalifətçilik qəzet manşetlərinə çıxmaq, xəbər başlıqları üçün gözəgəlimli material istehsal etmək deyil. Müxalifətçilik Əli Kərimlinin, Qənimət Zahidin, Sevinc Osmanqızının, Tural Sadıqlının jarqonları, leksikonu, hətta bəzən dialekti ilə xitab etmək deyil. Müxalifətçilik başımız üzərində bu qədər riyakar buludun var olduğu, antı-Azərbaycan rüzgarının əsdiyi məqamda balta sapına çevirilmək, “ələkçinin qıl verəni” obrazında zühur etmək deyil...

Müxalifətçilik – dövlətin və millətin maraqları tələb etdiyi anda lazım gələrsə elə məhz iqtidar düşüncəsi ilə hərəkət etməkdir, iqtidarla bütövləşməkdir, iqtidarlaşmaqdır!

Bundan öncəki çağırışda bir ahıl həmkarımız vardı. Milli Məclisin tarixində ondan imkanlı, ondan varlı, ondan zəngin kimsə olmayıb. Otelləri, obyektləri qalsın bir yana, yuxarı təzyiqi 120 yox, 123 olanda çarter reyslə üzü İstanbula uçurdu. 

Amma bir də onun mikrofon önündə və Mehmankimilərin canlı efirində sərgilədiyi manevrlərə, aldığı simaya, imitasiya etdiyi “aydan arı-sudan duru” obrazına baxaydınız...Adam zamanında tender kralı olmuşdu, amma dövlətin tender siyasətini “vururdu” və niyə vururdu? Çünki artıq əli oralara “girmirdi”. Çünki artıq bu sahədə tam şəffaflıq vardI. Çünki artıq “tuşenka”larını 5 qat qiymətinə haralarasa, kimlərəsə sata bilmirdi...

Və ən böyük nonsens də bu idi ki, sosial şəbəkələr üçün, populizmlə nəfəs alanlar, qidalananlar üçün o olurdu “yaxşı oğlan”, qalan hamı isə pis...

Bəli. Mikrofon danışmaq üçündür. Fəqət, o mikrofondan əvvəl sorğu var, yazılı müraciət forması var, məktublaşma var, dövlətin verdiyi hökümət telefonu var – sözün, iradın, təklifin, tənqidin varsa ilk öncə onlardan istifadə etməlisən. Və yalnız bütün vasitələr tükənəndə, köməyə çatmayanda – köklənməlisən mikrofona! 

Pupulizm 2 vur 2-dir, əzizlərim! Populizm hamının bacardığı, fəqət hər kəsin  özünə rəva bilmədiyi, yaraşdırmadığı bir işdir, əzizlərim! Bir neçə həssas mövzuya toxun, sözlə oyna, dona gir və bir anın içində çevril ol, qəhrəman!. Amma saxta qəhrəman. Lazımsız, lüzumsuz  qəhrəman. Düşmən dəyirmanına su tökən qəhrəman...    

Hə, zamanında biz də tənqid edirdik. Etmişik. Və haqqına! İndi isə cəsarətlə və səmimiyyətlə deyirəm ki, həmin haqqı özüm üçün tanımıram. İndi Qarabağda soyuğun, boranın, şaxtanın, qarın içində + yüz cür əziyyətlərə sinə gələrək əzəli torpaqlarımıza elektrik enerjisi, qaz boruları çəkən insanları, onların mənsub olduğu qurumları tənqid edə bilmirəm. İndi sosial sferada korrupsiyanın kökünü kəsənləri, əsl, haqqı olan pensiyaçılara əl uzadanları, şəhid və qazi ailələrinə öz ailəsi kimi yanaşanları tənqid edə bilmirəm.

İndi bir zəngimlə, bir sözümlə, bir məktubumla seçicimin haqqını qorumağa, problemini həll etməyə vəsilə olanları tənqid edə bilmirəm!

İndi...mənim müxalifətçi kimi əsas missiyam və vətəndaş öhdəliyim dövlətimi deyil, dövlətimə qarşı çıxanları hədəf almaq, qələbəmizə, zəfərimizə, inkişafımıza xor baxanların başı üzərindən demokl qılıncı kimi asılmaq, Azərbaycanın, azərbaycanlının onurğa sütununa ilk fürsətdəcə zərbə endirməyə hazır olan namərdləri, yaramazları, radikalları, qaraguruh ünsürləri ifşa etməkdir.

Dövlətim də, Prezidentim də mənim baş tacımdır!

Bunu məhz müxalifətçi kimi deyirəm.

Və...kimin başqa sualı varsa, cavablandırmağa hazıram.... 

Elşən Musayev,

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri