Bəlkə yollar çəkilsin?” Aktrisa tıxacdan GİLEYLƏNDİ

15.09.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az xəbər verir ki, bu sözləri Əməkdar artist, aktrisa Dilarə Əliyevə tıxaclardan gileylənərkən deyib.

Onun sözlərinə görə, 15 dəqiqəlik yolu əgər iki saat yarıma gedib çıxa bilmirsənsə, beyin xarab olur:

"İnsan aqressiya ilə dolur. Müəllim uşağı danlayır, uşağın qanı qaralır, valideynin də qanı qaralır. Hamı bir-birinə nə var deyir. Aqressiya artır.

Aqressiyanı azaltmaq üçün nevropatoloqa ehtiyac var. O da dərman yazmalıdır ki, sakitləşək. Bunun adına yaşamaq demək mümkündürsə, biz indi yaşayırıq. Nə edək? Yayı gözləyək? Camaat dağlara çəkilsin? Bəlkə yollar çəkilsin?”.

Qeyd edək ki, bu gün yeni tədris ilinin başlaması və ilk dərs günü ilə əlaqədar olaraq paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunub.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью