Bəlkə yollar çəkilsin?” Aktrisa tıxacdan GİLEYLƏNDİ
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bu sözləri Əməkdar artist, aktrisa Dilarə Əliyevə tıxaclardan gileylənərkən deyib.
Onun sözlərinə görə, 15 dəqiqəlik yolu əgər iki saat yarıma gedib çıxa bilmirsənsə, beyin xarab olur:
"İnsan aqressiya ilə dolur. Müəllim uşağı danlayır, uşağın qanı qaralır, valideynin də qanı qaralır. Hamı bir-birinə nə var deyir. Aqressiya artır.
Aqressiyanı azaltmaq üçün nevropatoloqa ehtiyac var. O da dərman yazmalıdır ki, sakitləşək. Bunun adına yaşamaq demək mümkündürsə, biz indi yaşayırıq. Nə edək? Yayı gözləyək? Camaat dağlara çəkilsin? Bəlkə yollar çəkilsin?”.
Qeyd edək ki, bu gün yeni tədris ilinin başlaması və ilk dərs günü ilə əlaqədar olaraq paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunub.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 Sentyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















